Məhkəmə qərarları › İş №3(062)-1001/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1001/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1001/2025 24.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1998-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs, Tovuz Rayon Məhkəməsinin 2 (062)-3458/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən X3, Şəxs, həmçinin mediator X2 iştirakı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli MŞT/MT024/2023-1069 saylı barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəldilməsi, Şəxs məxsus cehiz əşyalarının gəlin köçdüyü evdən çıxarılması barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2 (062)-3458/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən X3, Şəxs, həmçinin mediator X2 iştirakı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli MŞT/MT024/2023-1069 saylı barışıq sazişi təsdiq edilərək məcburi icraya yönəldilmiş, Şəxs məxsus cehiz əşyaları gəlin köçdüyü evdən çıxarılması qərara alınmışdır. İcra sənədinin icrasından Şəxs üzrsüz səbəblərdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun əşyalarını aparmağa yeri yoxdur. Bir neçə ay verilərsə əşyalarını yığmaq üçün yer tapa bilər. Atasının evində yaşayır ki, həmin evdə də həmin əşyaları yığmaq üçün yer yoxdur. 2026-cı ilin yanvar ayının 6-da opnun Şirəli Məmmədova qarşı evə çəkdiyi xərc tələbinə dair işinə baxılacaqdır. Həmin işə baxılıb qurtarandan sonra əmlakını çıxara bilər. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq ediln tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Tovuz Rayon Məhkəməsinin 08 oktyabr oktyabr 2025-ci il tarixli icra vərəqəsinə əsaən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq olunmuş və Şəxs məxsus cehiz əşyaları gəlin köçdüyü evdən çıxarılması barədə qərar qəbul olunmuşdur. Şəxs bu barədə məlumat verilməklə müddət təyin edilsə də onun icra məmurunun qanuni tələbindən qərəzli şəkildə boyun qaçırması aşkar görünür. Belə ki, cehiz əşylarının çıxarılması üçün hər hansı müddət verilməsi və hər hansı şərt müəyyən olunmamışdır. Həmçinin boclunun çəkilmiş xərc barədə məhkəmədə iddia qaldırmasını bidirməsi qeyd edilən icra işinin icra olunmasında hər hansı məhdudiyyət törətməməyi ilə yanaşı gələcəkdə məhkəmənin həmin iş üzrə hansı nəticəyə gəlməsindən asılı olmayaraq hazırkı iş üzrə icra işinin icrasında hər hansı maneə müəyyən olunmur. Bu hal isə onu deməyə əsas verir ki, Şəxs icra vərəqəsinin icrasından qərəzli şəkildə yayınır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh olunmalıdır. Şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Barəsində inzbati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzbati tənbeh tədbirinin tətbiq olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar