Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1002/2025 24.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X1 iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-3025/2024 nömrəli icra sənədi üzrə yaranmış 4240 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 protokolun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, protokol tərtib olunan vaxt Şəxs borcu 4240 manat məbləğdə olmuşdur. İcra sənədləri üzrə ödəniş həyata keçirməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir.. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qətnamənin etmir. Borclu əmək qabiliyyətlidir və borcunu ödəmək imkanına malikdir. Borclu icra sənədində göstərilən məişət əşyalarını qaytarsa da qızıl-zinət əşyalarını qaytarmamışdır. Hazırda borclu ona 300 manat təklif etsə də həmin məbləği götürməkdən imtina edir. Çünki borclu cuzi ödəniş etməklə məsuliyyətdən yaxa qurtarmaq istəyir. Odur ki, Şəxs barəsində tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədindəki borcunu hissə-hissə ödəmək istəsə də tələbkar bununla razılaşmır və həmin məbləği dərhal ödəməyi tələb edir. Hamin məbləği tam ödəməyə imkanı çatmır. Hazırda tələbkara 300 manat təklif etsə də qarşı tərəf yenə də razılaşmır. Buna görə də barəsində başlanmış icrata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-3025/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs adları göstərilən əşyaların, mümkün olmadıqda isə həmin əşyaların dəyəri olan 13103 manat məbləğində pulun alınıb tələbkar X3 verilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 3(062)-773/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra keçən 2 aydan çox müddət ərzində icra sənədinin icrası istiqamətində heç bir addım atmamış, beləliklə məhkəmə qətnaməsinə saymazyana münasibətini və qərəzli hərəkətsizliyini davam etdirmişdir. Məhkəmə iclasında borclunun tələbkara 4240 manat qarşılığında 300 manat təklif etməsini məhkəmə borclunun borcunu ödəmək niyyətində olması təəssuratı yaratmaqla məsuliyyətdən yayınmaq cəhdi kimi qəbul edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs 2(062)-3025/2017 nömrəli icra sənədi üzrə borcunu ödəmədiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmiş və bu xətanı inzibati tənbeh vermə haqqında həmin qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, qadın olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı, onun barəsində inzibati cərimə tənbeh növü seçilməli və 1000 manat məbləğində cərimə edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Suleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-1002/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1002/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver