Məhkəmə qərarları › İş №3(062)-1004/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1004/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1004/2024 28.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis leytanantı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Tovuz Rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Aşağı Öysüzlü yaşayış ərazisində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN1969701 saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, X6 xx.xx.2024-cü il tarixdə Tovuz şəhəri H.Aslanov küçəsində yerləşən “Bravo” supermarketdən 1 ədəd 29 manat dəyərində “Staliçnaya” markalı araq oğurlamışdır. Məhkəmə iclasında X5 protokola uyğun izahat verərək bildirdi ki, “Bravo” supermarketlər şəbəkəsinin Tovuz rayon filialının mağaza müdiri X1 xx.xx.2024-cü il tarixdə Tovuz şəhəri H.Aslanov küçəsində yerləşən “Bravo” supermarketdən 1 ədəd 29 manat dəyərində “Staliçnaya” markalı araq Tovuz Rayon Polis Şöbəsinə müraciəti əsasında Tovuz rayon polis Şöbəsinin TB-də cinayət işinin başlanılması rədd edilmişdir. İXM-n-n 227-ci maddəsinin tərkibi olduğuna görə inzibati tədbir görülməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə inzibati haqqında icraat açılmışdır. Odur ki, barəsində qanuna uyğun qaydada inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğu və ikinci qrup əlil olduğuna görə ona yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. İşə əlavə olunmuş 08.oktyabr 2024- cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Tovuz şəhəri H.Aslanov küçəsində yerləşən “Bravo” supermarketdən 1 ədəd 29 manat dəyərində “staliçnaya” markalı araq oğurlamışdır. İşə əlavə olunmuş sənədlə müəyyən olunur ki, Şəxs 2-ci qrup əlildir. İş materialına əlavə edilmiş tələbnaməyə əsasən Şəxs dəfələrlə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsini, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 28.4.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə ictimai işlər tətbiq oluna bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar aşkar edilməmişdir. Şəxs izahatında əməli törədərkən sərxoş halda olduğunu bildirsə də bu hal heç bir əlavə sübutla təsdiq edilmədiyi üçün məhkəmə tərəfindən ağırlaşdırıcı hal kimi nəzərə alınmır. Şəxs cinayət törətdiyinə görə dəfələrlə məhkum edilməsi və yenidən inzibati xəta törətməsi onu hüquqpozmaya meyilli şəxs kimi xarakterizə edir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar