Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1007/2023 15.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi X4, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidməti tərəfindən Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İXM-nin 354.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi X6 verdiyi ifadəsində göstərdi ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 451+600 km hissəsində Şəxs MMC-yə məxsus yanacaq doldurma məntəqəsi üçün yol hərəkəti təhlükəsizliyi qaydalarını pozaraq, yəni müvafiq icazə almadan daimi giriş-çıxış yolu yaradaraq inzbati xəta hadisəsinə yol verildiyi üçün Azərbaycan Respublikası İXM-nin 354.0.3-cü maddəsinin tələblərinin pozulması səbəbindən 24 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin nümayəndə əlavə olaraq bildirdi ki, əsas yola çıxış üçün müvafiq qaydada icazə alınmalı idi. Bunun üçün texniki şərt alınmalı, giriş-çıxış üçün yol müəyyən olunmalı, həmin yerə müvafiq yol nişanları qurşadırılmalı idi. Bundan başqa yolda hərəkət edən iştirakçıların hərəkət təhlükəsizliyini təmin etmək üçün yolda müvafiq sürətləndirmə zolağı da olmalı idi. Yola müvafiq qırıq xətlərin qoyulması isə həmin yerdə faktiki obyekt olması ilə əlaqədar olmuşdur. Bu isə giriş-çıxış yolu demək deyildir. Bu hal özü müvafiq qanunla tənzimlənir ki, buradan da görünür ki, həmin normaların tələbi pozulmuşdur. Odur ki, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Şəxs MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında nümayəndəsi olduğu hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq verdiyi ifadsəsində göstərdi ki, yol dövlət tərəfindən çəkilmişdir. Onlar həmin yerdə heç bir asfaltbeton tökmə işləri aparmamışlar. Obyekt çökəkdə olduğu üçün həmin yerə xır çınqıl tökmüşlər. Bundan başqa obyektin fəaliyyət göstərməsini təmin etmək məqsədilə müvafiq layihə işləri apararaq Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinə müraciət etmişlər. Müvafiq razılıq verilərsə o zaman orada digər tədbirlər görülməsi üçün işlər aparacaqlar. Barələrində tərtib olunmuş protokol ilə razı deyillər. Təmsil etdiyi hüquqi şəxs tərəfindən İXM-nin tələbləri pozulmamışdır. Odur ki, Şəxs MMC barəsində tərtib olunmuş protokol əsasında olan inzbati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə olunmuş Şəxs MMC-nin Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinə ünvanlanmış ərizə və məktublardan görünür ki, cəmiyyətin nümayəndəsi Elvin Qasımov tərəfindən giriş-çıxış yolunun müəyyən olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 354.0.3-cü maddəsinə əsasən Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs MMC giriş-çıxış yerləri, başqa yollarla birləşmələr və kəsişmələr yaratmamışdır. Belə ki, həmin yerdə asfalt–beton işləri aparılmamışdır. Şəxs MMC-yə məxsus yanacaq doldurma məntəqəsi yol istifadəyə verilənədək mövcud olmuş və fəaliyyət göstərmişdir. Yol tikintisi aparılan zaman həmin obyektin yerləşdiyi yerdə əlavə zolaqlar qoyulmaqla xətləmə işləri aparılmışdır. Nə əlavə zolaqların salınmasının, nə də xətləmə işlərinin aparılmasının Şəxs MMC-yə heç bir aidiyyəti yoxdur. Asfalt işləri aparılan hissə isə Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən icra olunmuşdur ki, həmin hissənin Şəxs MMC ilə əlaqəsi müəyyən olunmamışdır. Şəxs MMC isə giriş-şıxış yolunun alınması üçün bu sahədə səlahiyyətləri icra edən dövlət qurumuna yəni Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinə müraciətlər etmişdir. Həmin hissədə yolun iki hərəkət hissəsi mövcuddur ki, yanacaq doldurma məntəqəsi Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 451-ci kilometrliyində yolun Tovuz rayonu inzibati ərazisinə düşən hissəsində yolun kənarında yerləşir. Həmin hissədə obyektin olduğu əraziyə isə müvafiq xır və ya torpaq tökülməsi daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılması anlamına gələ biməz. Çınqıl tökülməsi yalnız ərazidə müvafiq səliqə səhman yaratmaq məqsədi daşıyır və giriş-çıxış yolu yaratmaq məqsədi daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində İXM-nin 354.0.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi yaranmamışdır, ona görə də hüquqi şəxs inzbati qaydada tənbeh oluna bilməz, odur ki, həmin inzbati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,48-51, 115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.3-cü maddəsi ilə 24 noyabr 2023-cü il tarixli MN № ******* saylı protokol əsasında olan inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-1007/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1007/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver