Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1014/2025 14.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Tovuz su melorasiya sistemlərinin istismarı idarəsinin nümayəndəsi X2 iştirakı ilə Tovuz su melorasiya sistemlərinin istismarı idarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X10 Xidmətinin X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 Xidmətinin X1 baş əmək müfəttişi X7 tərəfindən hüquqi şəxs Tovuz su melorasiya sistemlərinin istismarı idarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Tovuz su melorasiya sistemlərinin istismarı idarəsi vətəndaş X3 işdənçıxarma müavinətinin düzgün hesablanması barədə X10 Xidmətinin X1 icrası məcburi göstərişini yerinə yetirməmişdir. Məhkəmə iclasında X10 Xidmətinin X1 nümayəndəsi məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Tovuz su melorasiya sistemlərinin istismarı idarəsinin nümayəndəsi X5 bildirmişdir ki, vətəndaş X3 işdənçıxarma müavinətinin hesablanması zamanı yanlışlığa yol verilsə də göstərişindən sonra dərhal həmin yanlışlıq aradan qaldırılmış və qalıq 45 manat 38 qəpik məbləğdə vəsait həmin şəxsə ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən X8 bildirmişdir ki, ona ödənilməli olan işdən çıxarma müavinətinin qalıq qalmış 45 manat 38 qəpik hissəsi hazırda tam şəkildə ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: MVRaLuc1 nömrəli xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 165.71 manat məbləğdə vəsait X6 əmək haqqı kimi ödənilmişdir. Qalıq kopensasiya məbləğinin ödənilməsi barədə aktın surətindən görünür ki, 35.38 manat kompensasiya məbləği X6 ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Tovuz su melorasiya sistemlərinin istismarı idarəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, tərəflərin izahatları və məhkəmə iclasında tədqiqi edilmiş sənədlərdən görünür ki, hüquqi şəxs Tovuz su melorasiya sistemlərinin istismarı idarəsi tərəfindən X10 Xidmətinin X1 işdənçıxarma müavinətinin ödənilməsi barədə göstərişi tam icra edilmişdir. Tovuz su melorasiya sistemlərinin istismarı idarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Tovuz su melorasiya sistemlərinin istismarı idarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-1014/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1014/2025
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver