Məhkəmə qərarları › İş №3(062)-1016/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1016/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1016/2025 26.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1952-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, deməsinə görə əlilliyi olmayan, subay, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, əvvəllər məhkum olunmamış, Tovuz şəhəri nəriman Nərimanov küçəsi ev 56-da qeydiyyatda olan və yaşayan, Şəxs- Haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, o, 03 dekabr 2025-ci il tarixdə saat 15 radələrində Tovuz şəhərində qardaşı və ailəsinin yaşadığı evdə X2 vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində törətdiyi xətanı etiraf edərək göstərdi ki, Aybəniz Rüstəmova qardaşı Vilayət Əhmədovanın arvadıdır. 03 dekabr 2025-ci il tarixdə o qardaşına baxmadığı üçün onun arvadı Aybəniz Rüstəmovaya iradını bildirmişdir. Bu zaman mübahisə edərək onu döymüşdür. X5 ilə barışmış, etdiyi hərəkətlərdən peşmandır, bir daha ona qarşı belə hərəkətlər etməyəcəkdir, odur ki, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs onun həyat yoldaşı Vilayət Əhmədovun qardaşıdır. 03 dekabr 2025-ci il tarixdə həyat yoldaşının qardaşı Şəxs ilə aralarında mübahisə olmuşdur. Mübahisə edən zaman Hidayət onun sifətinə sillə vuraraq ona xəsarət yetrimişdir. Hazırda Hidayət ondan üzr istəmiş və barışmışlar. Odur ki, Şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş 10 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qararın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Şəxs ilə barışmış və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işlərə baxılarkən inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs X4 ilə barışmış, odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar