Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1018/2023 05.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs Cəfərquliyeva (Süleymanova) Nigar Məhəmməd qızının, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan X3 iştirakları ilə xx xxxxxxx 1976-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olan və yaşayan, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: X5 məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli icra vərəqəsinə əsasən 11 oktyabr 2009-cu ildə anadan olmuş Gülçin, 16 iyun 2011-ci ildə anadan olmuş Nurçin və 07 sentyabr 2016cı ildə anadan olmuş Zeynəb adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 140 manat alimentin ondan alınaraq Cəfərquliyeva (Süleymanova) Nigar Məhəmməd qızına verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli icra vərəqəsinə əsasən 11 oktyabr 2009-cu ildə anadan olmuş Gülçin, 16 iyun 2011-ci ildə anadan olmuş Nurçin və 07 sentyabr 2016-cı ildə anadan olmuş Zeynəb adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 140 manat alimentin Elçin Süleymanovdan alınaraq Cəfərquliyeva (Süleymanova) Nigar Məhəmməd qızına verilməsi qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Hər ay alimenti ödəməsinə baxmayaraq son iki ay ödəniş etmədiyindən yaranmış 710 manat borcunu ödəmir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan X5 məhkəmə iclasında göstərdi ki, özü bərbər işləyir. Qış ayları olanda işi zəifləyir. Alimenti də ona görə iki ay ödəyə bilməmişdir. 2-3 gün əvvəl borcundan 230 manat ödəmişdir. Maddi vəziyyəti aşağı olduğu üçün alimenti tam ödəyə bilməmişdir. Hazırda 200 manat da ödəmə edir. Qalan borcunu da tezliklə ödəyəcək. Bundan sonra hər ay alimenti ödəməklə yanaşı yığılmış borcundan da ödəniş edəcəkdir. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X1 məhkəmə iclasında bildirdi ki, bu gün Elçin Süleymanov borcunu tamamilə ödəməsə qəbul etməyəcəkdir. Borcundan hazırda etdiyi 200 manat ödənişi qəbul etsə də borcun hamısının bu gün ödənilməsini tələb edir. Əks halda ondan şikayətçidir və məhkəmədən ədalətli qərar qəbul etməsini istəyir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, X3 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu hər ay mütəmadi olaraq aliment borcundan ödənişlər də etmişdir. X5 bu gün də borcundan 200 manat ödəmiş, nəticədə 510 manat borcu qalmışdır. Buradan da görünür ki, Elçin Süleymanov qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, X3 əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-1018/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1018/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver