Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1019/2025 29.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz rayon Polis Şöbəsinin sahə rəisi, X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmuş, əlilliyi olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon Polis Şöbəsinin sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon Polis Şöbəsinin sahə rəisi, X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Tovuz rayonu Musa Musayev küçəsindəki “Mebel” salonunda Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş döymə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərtib edilmiş protokolla razı olmadığını, Şəxs cinayət məsuliyyətinə cəlb edilməli olduğu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, aralarında olan şəxsi məsələni aydınlaşdırmaq üçün xx.xx.2025-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs işlədiyi “mebel” magazasına getmişdir. Zərərçəkmiş onu görən kimi əl-qol hərəkətləri ilə üzərinə gəlmiş və itələşməyə başlamışlar. Natella həmin vaxt əlini dişlədiyindən o da qarşılığında Natellanın üzünü dırnaqları ilə cızmış, boşazından tutmuş, dartışdırmışdır. Onun üzünə və burun nahiyyəsinə vurmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxsnun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Tovuz RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE və PA Birliyinin" Tovuz rayon şöbəsinin tibb eksperti N.Abbasovun xx.xx.2025-ci il tarixli 674 saylı rəyində Şəxs bədən səthində aşkar edilmiş xəsarət; sol əl nahiyəsinin qançır şişkinliyi və səthi yarası, hər iki bazu nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl xx.xx.2025-ci il tarixdə əmələ gəlməsi istisna edilmədiyi göstərilmiş, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən xəsarət kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE və PA Birliyinin" Tovuz rayon şöbəsinin tibb eksperti N.Abbasovun xx.xx.2025-ci il tarixli 673 saylı rəyində Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət; hər iki gözaltı, çənəaltı, boyun, alt çənə və sol yanaq nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir qədər əvvəl xx.xx.2025-ci il tarixda əmələ gəlməsi istisna edilmədiyi göstərilmiş, sağlamlığa zərər vurmayan xəsarətlara aid edildiyindən dərəcəsi təyin edilməyən xəsarət kimi qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixdə Tovuz rayon Düz-qırıqlı kəndində yaşayan Natella X5 RPŞnə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə ona Bakı şəhərində yerləşən "Vimay" Tibb Mərkəzindən verilmiş tibbi arayışda bədəni üzərində "burun ətrafı ciblərin düz, kəllə tağı sümüklərinin yan proyeksiyalı rentgen müayinəsi zamanı burun sümüyünün eninə yerləşmiş çat izləri olan xəsarətin "Tovuz rayon MTE və PA" birliyi Publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2025-ci il tarixli 673 nömrəli rəyində qeyd edilmədiyini bildirib, onun barəsində yenidən təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE və PA" Birliyində təkrar müayinədən keçirmək üçün qərar verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE və PA" Birliyinin xx.xx.2025-ci il tarixli T858/2025 saylı rəyində Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət, hər iki gözaltı, çənəaltı, boyun, alt çənə və sol yanaq nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gəlməsi istisna edilmədiyi göstərilmiş, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən xəsarət kimi qiymətləndirilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Zərərçəkmiş şəxs münaqişə zamanı burun sümüyünün eninə yerləşmiş çat izləri olan xəsarət alması ilə bağlı qeyd etdiyi hallar araşdırma zamanı təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizası nəticəsində təsdiqini tapmamış, iş materiallarında olan digər sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşağın olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmiş, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, şəxsə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğdə cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-1019/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1019/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver