Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1021/2023 06.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxx 1992-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-346/2023 saylı 12 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən 3783,95 manat pulun və 57,84 manat dövlət rüsumu alınaraq "xxxx" KB ASCyə verilməsi barədə icra vərəqəsinin və Tovuz Rayon Məhkəməsinin 2(062)- 605/2023 saylı 27 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən 653 manat pulun və 30 manat dövlət rüsumunun ondan alınaraq "xxxx" MMC-yə verilməsi barədə icra vərəqələrinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-346/2023 saylı 12 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən 3783,95 manat pulun və 57,84 manat dövlət rüsumu alınaraq "xxxx" KB ASC-yə verilməsi barədə icra vərəqəsinin və Tovuz Rayon Məhkəməsinin 2(062)-605/2023 saylı 27 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən 653 manat pulun və 30 manat dövlət rüsumunun Şəxs alınaraq "xxxx" MMC-yə verilməsi qərara alınmışdır. Borcundan 100 manat ödəmə etmişdir. Hazırda ABC Telecom MMC-yə 593 manat borcu vardır Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam ödəməmişdir. Bu günə qədər borcundan ödəmə etməsinə baxmayaraq, borcu tam ödənilmədiyi üçün Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, məhkəmənin qərarlarından xəbərdardır. Bu günə qədər də ödəmə edir. Borcundan müxtəlif vaxtlarda ödəmə etmişdir. Hər ay borcundan ödəmə edir. 1-2 gün ərzində işlədiyi günəmuzd işdən maaş alaraq borcunu ödəyəcəkdir. Unibanka olan borcundan ödəmələr edə bilməmişdir. Həmin borcundan da yaxın müddət ərzində ödəmə edəcəkdir. Borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs borcundan ödəmələr edir. Borcu 2 icra vərəqəsinə görə yaranmışdır. Həmçinin borclunun bu günə ödəniş edə bilməməsinin səbəbi onun maddi imkanının olmaması ilə bağlıdır. Şəxs ödəniş etməsi onun qətnamənin icrasından qəsdən yayınmadığını göstərir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-1021/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1021/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver