Məhkəmə qərarları › İş №3(062)-1022/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1022/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1022/2023 18.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, 19 oktaybr 1991-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər inzbati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, Tovuz rayonu Alakol kəndində yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Şimal Ərazi Baş Gömrük İdarəsinin 19 oktyabr 2022-ci il tarixli və 14 dekabr 2022-ci il tarixli qərarının icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Şəxs, Şimal Ərazi Baş Gömrük İdarəsinin 19 oktyabr 2022-ci il tarixli və 14 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən təqsirli bilinərək 10000 manat məbləğində cərimə olunmuşdur. Borclu həmin cərimə borcundan ödəniş etməmişdir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş sənədlərlə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli 3(062)- 690/2023 saylı inzibati qərarından görünür ki, Şəxs barəsində həmin tarixdə işə baxılarkən o barəsində olan cəriməni ödəyəcəyini bildirmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 31, 40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlər yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şimal Ərazi Baş Gömrük İdarəsinin 19 oktyabr 2022-ci il tarixli 01400/350 saylı qərarı və 14 dekabr 2022-ci il tarixli 01400/04683 saylı qərarı üzrə icraata xitam verilsin. Qərarın icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar