Məhkəmə qərarları › İş №3(062)-1026/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1026/2025

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1026/2025 08.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, şikayət verən şəxs X2 qərarı barəsində şikayət verilmiş Tovuz RPŞ-nin DYPB-nin inspektoru X4, Tovuz RPŞ-nin DYPB-nin inspektoru X7 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında TP7732148 nömrəli xx.xx.2025-ci il tarixli qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 RPŞ-nin DYPB-nin inspektoru X7 tərəfindən qəbul edilmiş TP7732148 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, 06 sentyabr 2025-ci il tarixdə təxminən axşam saat 20:00 radələrindən Toyota Prius markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tovuz rayonunun Əlibəyli yolu Yuxarı Öysüzlü kəndi ərazisində mal-qara üçün keçid olmayan yolda, cavabdeh X3 məxsus olan inək yoluna çıxmış, o öz avtomobili ilə inəyi vurmuşdur. Həmin ərazidə heç bir mal-qara üçün keçid yeri olmayıb, o öz yolu ilə getmiş, həmin vaxtı inək qabağına dərhal çıxmış, onun idarə etdiyi avtomobili saxlamaq mümkün olmadığına görə inəyi vurmuşdur. Bununla bağlı Tovuz RPŞ DYPB-i tərəfindən cavabdeh X3 həmin ərazidə mal-qara üçün keçid nişanı olmadığına görə inəyi elə həmin yolda keçirdiyi üçün qanuna müvafiq protokol tərtib olunmuş və həmin protokola əsasən onun barəsində inzibati qərar qəbul olunmuş, həmin qərara əsasən cəriməsini ödəmişdir. Onun idarə etdiyi avtomobilə də ümumilikdə 980 manat ziyan dəymiş və onunla əlaqədar rəsmi qaydada arayış almışdır. Arardan xeyli müddət keçəndən sonra inək sahibi onu prokurorluğa şikayət etmiş, hadisə yerindən yayındığına görə Tovuz RPŞ DYPB-i tərəfindən ona əsasız olaraq inzibati xəta haqqında protokol tərtib olunmuş və onun əsasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. O, elə hadisə yerində avtomobilini saxlamış, sonradan çıxıb getmişdir. Məhkəmə iclasında X5 şikayətdə göstərilənlərə uyğun izahat vermiş və barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP7732148 nömrəli xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Tovuz RPŞ-nin DYPB-nin inspektoru X7 şikayəti əsassız hesab etdiyini bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş İXP7700330 nömrəli xx.xx.2025-ci il tarixli İXMnin 327.1 və 327.6-cı maddələri ilə inzibati tənbeh vermə haqqında protokola əsasən X5 xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Tovuz rayonunun Əlibəyli yolu Yuxarı Öysüzlü kəndi ərazisində Toyota Prius markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən manevr etmə qaydalarını pozub bir baş iribuynuzlu heyvanı vurub yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş TP7732148 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Tovuz rayonunun Əlibəyli yolu Yuxarı Öysüzlü kəndi ərazisində Toyota Prius markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə və əks istiqmətli hərəkət zolağına çıxamadan manevr etmə qaydalarını pozduğuna görə İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 100 manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə araşdırma zamanı işin tədqiq olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, səlahiyyətli orqan tərəfindən gəlinən nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmış, gəlinən nəticə işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmiş, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilmiş, tətbiq edilmiş tənbeh bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğundur, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunmamış, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. O da qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 50-ci maddəsinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Göründüyü kimi X5 xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Tovuz rayonunun Əlibəyli yolu Yuxarı Öysüzlü kəndi ərazisində Toyota Prius markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən manevrin təhlükəsiz olmasını təmin etməmiş, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, iribuynuzlu heyvanı vurduqdan sonra hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməmiş, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmamış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməmiş və beləliklə İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, Tovuz RPŞ-nin DYPB-nin inspektoru X7 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında TP7732148 nömrəli xx.xx.2025-ci il tarixli qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 122, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz RPŞ-nin DYPB-nin inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7732148 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar