Məhkəmə qərarları › İş №3(062)-103/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-103/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-103/2023 30.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə Şəxs - xx xxx 1985-ci ildə Tovuz rayonu Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Yanıqlı kəndində qeydiyyatda olan və yaşayan barəsində Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmiş və məhkəməyə verilmişdir ona görə ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 21 oktyabr 2022-ci il tarixli **********79710 nömrəli qərarına əsasən, Şəxs ümumilikdə 14233,56 (on dörd min iki yüz otuz üç manat əlli altı qəpik) manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmış, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun tələblərini yerinə yetirməmiş və icra sənədinin icrasından müxtəlif yollarla boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, 14 saylı Ərazi Vergilər idarəsinin 21 oktyabr 2022-ci il tarixli **********79710 nömrəli qərarına əsasən, Şəxs ümumilikdə 14233,56 (on dörd min iki yüz otuz üç manat əlli altı qəpik) manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin icra sənədi üzrə 11 noyabr 2022-ci il tarixdə icraata başlanılması haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra sənədinin icrasından müxtəlif yollarla boyun qaçıraraq icra etməmişdir. Ona görə də İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında göstərdi ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 21 oktyabr 2022-ci il tarixli **********79710 nömrəli qərarına əsasən, ondan ümumilikdə 14233,56 (on dörd min iki yüz otuz üç manat əlli altı qəpik) manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. O, icra sənədinin icrasından boyun qaçırmamışdır. Belə ki, o, başqa bir şəxsə etibarnamə vermiş, həmin şəxs onun adına şirkət açmış və bu səbəbdən onun adına vergi borcu yığılmışdır. Hal-hazırda onun adma açılmış şirkətin barəsində cinayət işi açılmış və iş məhkəmənin icraatındadır. Ona görə də barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilən çağırış vərəqəsindən görünür ki, Şəxs "xxxx" MMC (VÖEN:**********) barəsində olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar şahid qismində dindirilməsi üçün Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinə dəvət edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, icra məmuru Cabir Zeynalovu və borclu Şəxs dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 14 saylı Ərazi Vergilər idarəsinin 21 oktyabr 2022-ci il tarixli **********79710 nömrəli qərarına əsasən, Şəxs ümumilikdə 14233,56 (on dörd min iki yüz otuz üç manat əlli altı qəpik) manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Borclu Şəxs icra sənədinin icrasından boyun qaçırmamışdır. Belə ki, sözügedən icra sənədinin mübahisələndirilməsi ilə bağlı cinayət işi başlanmış və hazırda həmin cinayət işi məhkəmənin icraatındadır. Göründüyü kimi inzibati qaydada işinə baxılan Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi hərəkətlərinə yol verməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0, 53.0.2 və 114.1.4-cü maddələrinin tələbinə görə, əməldə inzibati xəta tərkibi oimadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1- ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar