Məhkəmə qərarları › İş №3(062)-1043/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1043/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1043/2024 09.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Protokol tərtib etmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Bayramova (Mirzəyeva) Amalya Valeh qızının iştirakları ilə xx.xx.1991-ci ildə Tovuz rayonu Dondar Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Dondar Quşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1377/2023 saylı icra sənədini icra etməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1377/2023 saylı icra sənədinə əsasən, Bayramova (Mirzəyeva) Amalya Valeh qızının yanında olan xx.xx.2020-ci ildə anadan olmuş X4 adlı uşaqla Şəxs hər həftənin şənbə günləri saat 13:00-dan 18:00-dək, bazar günləri saat 10:00-dan 17:00-dək uşağın mənafeyinə uyğun şəraitdə ünsiyyətdə olmaq hüququnun verilməsi qət edilmişdir. İcra sənədi üzrə qanuna müvafiq olaraq icraata başlanılmış və zəruri icra tədbirləri həyata keçirilmişdir. Bundan sonra tələbkarın uşaqla ünsiyyətdə olmaq hüququ təmin edilmiş, lakin tələbkar uşaqla ünsiyyətdə olduqdan sonra uşağı anasına geri qaytarmamışdır. Bununla da Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar onun digər qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1377/2023 saylı icra sənədi üzrə uşağı xx.xx.2020-ci ildə anadan olmuş X4 ilə ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Lakin uşaqla görüşən zaman uşağa lazımı qaydada baxılmadığını, bədəninin yara səpdiyinin şahidi olmuşdur. Bundan sonra uşağı müalicə etdirmiş və daha sonra uşaq anasına qayıtmaq istəmədiyini bildirmişdir. Hazırda uşaq anasına getmək istəmir. O uşaq tələbinə dair iddia ilə məhkəməyə müraciət edəcəkdir. Hazırda sənədlərini mediasiya təşkilatına təqdim etmişdir. Məhkəmədə baxılana qədər uşağı anasına verməyəcəkdir. Odur ki, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar Bayramova (Mirzəyeva) Amalya Valeh qızı bildirdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1377/2023 saylı icra sənədi üzrə xx.xx.2020-ci ildə anadan olmuş X4 ilə atası Şəxs ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Lakin sonuncu dəfə Şəxs uşağı apardıqdan sonra geri qaytarmamışdır. Bununla da o onun hüquqlarını pozmuş, qətnamədə göstərilənlərə riayət etməmişdir. Odur ki, onun barədə həbslə bağlı tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1377/2023 saylı icra sənədinin icrası ilə əlaqədardır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qeyd edilən Qanunun 3.2-ci maddəsinə əsasən məkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qaydada maraqları təmin edilmiş tələbkarın eyni zamanda göstərilən müddətdə uşağı borcluya qaytarmaq vəzifəsi də mövcuddur. Əks halda hər dəfə uşağını görüş üçün ataya verən ana dəfələrlə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmaqla, ana və uşaq arasında bağlılıq da həddən artıq sarsılmaqla nəticələnə bilər. Məhz elə bu səbəbdən də İXM-nin 528-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə məsuliyyət müəyyən etməklə, həm də icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə də məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs irəli sürdüyü dəlillər üzürlü hesab edilə bilməz. Onun irəli sürdüyü dəlillər o halda üzürlü qəbul edilə bilər ki, uşağın anadan alınaraq ataya verilməsinə dair barışıq sazişi və yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Hazırda isə belə hallar mövcud deyildir. Əksinə uşaq ananın himayəsində qalmaqla onun ananın himayəsindən alınması qanunsuzdur. Yəni, uşaq ananın iradəsinə zidd şəkildə atanın himayəsinə keçmişdir. Ata uşaqla ünsiyyət adı altında uşağı anadan alaraq özündə saxlamış, uşağın müalicəsi adı ilə uşağı anaya qaytarmaq istəməmişdir. Məhkəmə qeyd edir ki, uşağın valideynlərindən kimin yanında olmasından asılı olmayaraq hər bir valideynin uşağın tərbiyyəsində, onun təhsil və səhiyyə xərclərində iştirak etmək hüquqları vardır. Uşağın faktiki olaraq ananın yanında olduğu halda da uşağın tibbi ehtiyaclarının ata tərəfindən ödənilməsi mümkündür. Əks yanaşm uşağın anaya verilməməsindən ötrü bəhanələrdən başqa bir şey deyildir. Bundan başqa da məhkəməyə Novruz tərəfindən video yazı təqdim edilmiş, həmin video yazı iş materiallaırna əlavə edilməsə də belə şəxsə məxsus telefonda ona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, uşaq atasının və ata qohumlarının əhatəsindədir. Novruz iddia edir ki, uşağın bədənində yaralar vardır. Baxış zamanı uşaqda hər hansı xoşa gəlməz hallar müəyyən edilməmişdir. Uşaqda hər hansı müəyyən edilsə də belə bu kimi hallar gələcəkdə uşağın qanuna müvafiq qaydada anadan alınaraq ataya verilməsi üçün əsas olsa da belə hazırki iş üçün bu halın həır hansı əhəmiyyəti yoxdur.Baxış zamanı o da müəyəyn edilmişdir ki,Novruzun əhatəsində şəxslər belə o qədər də uşaqla nəvizşlə davranmır, əksinə sərt hərəkətlərlə uşağın əyninin paltarları onun əynindən çıxarılır. Yəni, valideynlərin uşaqla pis rəftar etmək niyyətləri olmasa da belə, hərdən sərt hərəkətlərin edilməsi hər bir valideyn üçün qaçılmaz ola bilər. Göründüyü kimi Şəxs ona verilmiş hüuqlardan sui istifadə edərək məhkəmə qətnaməsini öz iradəsinə və öz maraqlarına uyğun vaxtda icra etmək niyyətindədir ki, bu da uşaqla ana arasında bağlılığın soyumasına, ananın himayəsində saxlanılmış uşağın uzun müddət anadan ayrı qalmasına gətirib çıxara bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxsin davranışlarının davamlı omasının qarşısını isə onun barəsində tətbiq ediləcək sərt tədbirlər ala bilər. Bu həm də ədalət mühakiməsinin maraqlarına uyğun olmaqla məhkəmə qərarlarının istər indi, istərsə də gələcəkdə icrasına maneəsiz şərait yaratmış olacaqdır. Ona görə də məhkəmə hesab edir ki, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmaqla inzibati tənbeh kimi həbs tətbiq edilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə hesab edir ki, inzibati həbsin təyin edilməsi inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə və işin digər hallarına uyğundur. Həmin tənbeh növü Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarına görə Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəmə baxışına hüquq xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qaşı” xx.xx.2002-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma Konvensiyasnın 6-cı maddəsində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli 09 dekabr 2024-cü il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar