Məhkəmə qərarları › İş №3(062)-1045/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1045/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1045/2024 09.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Protokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis baş leytenantı X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1998-ci ildə Tovuz rayonu Vahidli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Vahidli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Protokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Şəxs barədə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o xx.xx.2024-cü il tarixdə Tovuz rayonu Vahidli kəndində yerləşən, birlikdə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı X4 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X7 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyi sübuta yetirilmişdir, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş döymə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, təxminən 1 il əvvəl özünün razılığı ilə X4 qaçıraraq evlənmişdir. O xəstə olduğundan hərdən onda aqressiv hallar baş verir. Aqressivləşəndə isə o özünə və yaxud başqa şəxsə xəsarətlər yetirir. Evdə söz-söhbət olmuş və o Səmranın alın nahiyyəsinə sillə vurmuşdur. Özünü təqsirli bilir. Düşünür ki, etdiyi əmələ görə ancaq cərimə edilə bilər. Odur ki,ona cərimə növündə tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmaq niyyətində olmadığını bildirərək göstərdi ki, 1 ildir ki, Şəxs ona işgəncə verir. Müqabil ona cinsi təcavüz etmiş, çarəsizlikdən onunla evlənmişdir. Onun atası Qarabağ döyüşlərinin qəhrəmanı olmuşdur. Atası Müqabilin etdiklərinə, yəni qızına qarşı edilənlərə dözə bilməyərək intihat etmişdir. O onun atasının həyatına son qoymuşdur, indi də ona işgəncə verir.Əslində Müqabil onun başını yarmışdı. O ölümcül vəziyyətdə idi. Sadəcə olaraq gec şikayət edildiyindən və ekspertə gec təqdim edildiyindən başındakı xəsarətlər sağalmışdır. Müqabil hətta öz xalasına da xəsarət yetirmişdi. Onun etdikləri cəzasız qalır deyə o qeyri-qanuni hərəkətlərini davam etdirməkdədi. Odur ki, Şəxs həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, təxminən 2 ay əvvəl ərinin yas mərasimində qızı X6 ona əri Şəxs tərəfindən döyüldüyünü, gəlib onu aparmasını bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, tanımadığı bir taksi ilə Tovuz rayonu Vahidli kəndinə qızının yaşadığı evin yaxınlığına getmişdir. Həmin taksi sürücüsü onu düşürdükdən sonra çıxıb getmişdir. Təxminən 15 dəqiqə sonra qızı Səmra onun yanına gəlmişdir. Daha sonra onlar yolun kənarına çıxaraq tanımadıqları bir taksiyə əyləşərək Tovuz rayonu Dondar Quşçu kəndinə yaşadıqları evə gəlmişlər. Müqabil qızına həddindən artıq şiddət və işgəncə vermişdir. Onun əri qızına edilənlərə dözməyərək intihar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o Müqabilin anasıdır. xx.xx.2024-cü il tarixdə Tovuz rayonu Vahidli kəndində yerləşən evlərində oğlu Şəxs aralarında yaranmış mübahisə zamanı gəlini X1 alın nahiyəsindən sillə ilə vurmuşdur. Səma düz deyir, oğlu ayrı-ayrı vaxtlarda xalasını da döymüşdür. Xalası ruhi xəstədir. Dava-dalaş da xalasının xəstəliyi ilə bağlı baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Tovuz RPŞnin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X13 Tovuz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 801 saylı rəydən görünür ki, X1 bədəni səthində aşkar edilmiş xəsarətlər – sağ gicgah nahiyəsinin qançırşişkinliyi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməsini onun şəxsiyyətinə və işin hallarına uyğun hesab edir. Belə ki, əvvəla zərərçəkmiş şəxs yetkinlik yaşına yeni qədəm qoymuş qızdır və bir neçə il öncə Şəxslə evlənmiş, o yeni yetmə dövrünün başlanğıcını, yəni 17-18 yaşlarını Şəxs həsr etmiş, cəmiyyətdə əvvəllər bərqərar edilmiş adətə,hazırda isə cəmiyyətdə qəbul edilməyən davranışa zidd şəkildə yetkinlik yaşına çatmayan qızı qaçırmışdır ki, bu kimi neqativ hallar dolayısı ilə Səmanın atasının da həyatına son qoymuşdur. Bütün bunlara baxmayaraq ərin arvadına atasının yas mərasiminə icazə verməməsi Müqabilin ailə dəyərlərinə, o cümlədən atalığa mənfi münasibətin göstəricisi kimi səciyyələnməlidir ki, bu özü şəxsiyyəti mənfi xarakterizə edən hallardandır. Eyni zamanda məhkəmə iclasında elə Şəxs anasının izahatından da görünür ki, o öz xalasına qarşı da hüquq pozuntusu hallarına yol vermiş onu döymüşdür. Bu halın özü Şəxs münaqişəyə meyilli olmasından xəbər verir. Bundan başqa da işdəki izahatlardan görünür ki, Şəxs polis şöbəsində verdiyi izahatdan görünür ki, o Səmanın səhhətinə olan qayğısına görə onu atasının yas mərasiminə qoymamışdır.Məhkəmə bu izahatı səmimi qəbul etmir.Belə ki, arvadının səhhətinə görə nigaran qalan birinin yas mərasiminə getməməsinə görə səhhətinə döyməklə ziyan vurulması biri-biri ilə zidd hallardır. Yəni, bu hal onu deməyə əsas verir ki, Şəxs hərəkətlərində arvadının səhhəti ilə bağlı narahatlıq halları ümumiyyətlə müşahidə edilmir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Şəxs bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Şəxs inzibati qaydada həbs etmənin əvvəli 09 dekabr 2024-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərаrın icrаsı Tovuz rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar