Məhkəmə qərarları › İş №3(062)-105/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-105/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-105/2023 30.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hünmətov Zaur Adi! oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə Şəxs - xx.xx.1968-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Alakol kəndində yaşayan barəsində Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM- nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmiş və məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(062)-785/2022 saylı icra vərəqəsinə əsasən, hazırki mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 03 oktyabr 2006-cı ildə anadan olmuş Pənisə, 23 iyul 2007-ci ildə anadan olmuş Pərvanə, 14 dekabr 2009-cu ildə anadan olmuş Pərvinə və 27 may 2012-ci ildə anadan olmuş Pərvin adlı uşaqların saxlanılmaları üçün 15 fevral 2022-ci il tarixdən başlayaraq, Şəxs müvəqqəti olaraq hər ay hər uşağa görə 120 manat məbləğində aliment alınıb X3ma verilməsi qət olunmuş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun tələblərini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasından müxtəlif yollarla boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(062)-785/2022 saylı icra vərəqəsinə əsasən, hazırki mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 03 oktyabr 2006-cı ildə anadan olmuş Pənisə, 23 iyul 2007-ci ildə anadan olmuş Pərvanə, 14 dekabr 2009-cu ildə anadan olmuş Pərvinə və 27 may 2012-ci ildə anadan olmuş Pərvin adlı uşaqların saxlanılmaları üçün 15 fevral 2022-ci il tarixdən başlayaraq, Şəxs müvəqqəti olaraq hər ay hər uşağa görə 120 manat məbləğində aliment alınıb X1 verilməsi qət olunmuşdur. Həmin icra vərəqəsi Tovuz Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və 28 aprel 2022-ci il tarixdə icraata başlanılması haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra məmurunun tələblərini yerinə yetirməmiş və Tovuz Rayon Məhkəməsinin icra vərəqəsinin icrasından müxtəlif yollarla boyun qaçıraraq 2380 (iki min üç yüz səksən) manat borcunu ödəməmişdir. Ona görə də iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(062)-785/2022 saylı icra vərəqəsinə əsasən, hazırki mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 03 oktyabr 2006-cı ildə anadan olmuş Pənİsə, 23 iyul 2007-ci ildə anadan olmuş Pərvanə, 14 dekabr 2009-cu ildə anadan olmuş Pərvinə və 27 may 2012-ci ildə anadan olmuş Pərvin adlı uşaqların saxlanılmaları üçün 15 fevral 2022-ci il tarixdən başlayaraq, ondan müvəqqəti olaraq hər ay hər uşağa görə 120 manat məbləğində aliment alınıb X1 verilməsi qət olunmuşdur. O, icra vərəqəsinin icrasından boyun qaçırmamış, daimi iş yeri olmadığından icra vərəqəsində qeyd olunan məbləği ödəməyi gecikdirsə də 30 yanvar 2023-cü il tarixdə tələbkara 800 (səkkiz yüz) manat pul ödəmiş və geri qalan borcunu qısa zamanda ödəyəcəyini bildirmişdir. Ona görə də barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan qəbzdən görünür ki, Şəxs 30 yanvar 2023-cü il tarixdə tələbkar X1 800 (səkkiz yüz) manat pul ödəmişdir. Məhkəmə iş materiallarnı araşdırıb, icra məmuru Raul Sadiqovu və borclu Şəxs dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Tovuz Rayon Məhkəməsinin 14 aprel 2022ci il tarixli 2(062)-785/2022 saylı icra vərəqəsinə əsasən, hazırki mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 03 oktyabr 2006-cı ildə anadan olmuş Pənisə, 23 iyul 2007-ci ildə anadan olmuş Pərvanə, 14 dekabr 2009-cu ildə anadan olmuş Pərvinə və 27 may 2012-ci ildə anadan olmuş Pərvin adlı uşaqların saxlanılmaları üçün 15 fevral 2022-ci il tarixdən başlayaraq, Şəxs müvəqqəti olaraq hər ay hər uşağa görə 120 manat məbləğində aliment alınıb X3ma verilməsi qət olunmuşdur. Borclu Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmır, əksinə o, tələbkar X1 800 (səkkiz yüz) manat pul ödəmiş və geri qalan.borcunu tez bir zamanda ödəməyə söz vermişdir. Göründüyü kimi inzibati qaydada işinə baxılan Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzürsüz səbəbdən icra edilməməsi hərəkətlərinə yol verməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0, 53.0.2 və 114.1.4-cü maddələrinin tələbinə görə, əməldə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM- nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar