Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1053/2024 16.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X1 iştirakı ilə xx.xx.1986-cı ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işləməyən, əlilliyi olmayan, Tovuz rayonu Yuxarı Öysüzlü Ərazi D., Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon icra və probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)- 1515/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 3850 manat məbləğdə aliment borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 bildirmişdir ki, borclu Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-1515/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə aylıq ödənişləri natamam həyata keçirdiyi üçün yaranmış 3850 manat məbləğdə qalıq aliment borcunu ödəməmiş, borcunun ödənilməsi ilə bağlı tələbləri yerinə yetirməmişdir. Həmçinin Tovuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 3(062)-640-2024 nömrəli qərarına əsasən Şəxs həmin icra sənədi ilə bağlı icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə İXM-nin 528.1-ci maddəsinə əsasən 8 gün müddətinə inzibati həbs edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1515/2024 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 3850 manat məbləğdə borcu var. Günəmuzd çalışdığı üçün sabit qazancı yoxdur. Buna görə də aylıq aliment ödənişlərini tam yerinə yetirə bilmir. Tezliklə daha gəlirli iş taparaq borcunu ödəməyə çalışacaq. Odur ki, qeyd edilənləri nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X4 izahatında bildirmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs aliment borcunun ödənilməsində mütəmadi olaraq gecikmələrə yol verir, ödəniş etdikdə isə bunu natamam həyata keçirir. Uşaqları saxlamaqda çətinlik çəkir. Dəfələrlə bununla bağlı ona müəyyən güzəştlər etsə də nəticəsi olmamışdır. Buna görə də barəsində ciddi tədbir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin 2(062)-1515/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə iki uşağın hər birinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində Şəxs alınaraq X3 ödənilməlidir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-640-2024 nömrəli qərarına əsasən Şəxs 2(062)-1515/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi ilə bağlı icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə İXM-nin 528.1-ci maddəsinə əsasən 8 gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1515/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyindən və icra məmurunun məhkəmə qətnaməsinin icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirmədiyindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh almış Şəxs inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin əməli eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməli və inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri seçilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(062)-1053/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1053/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver