Məhkəmə qərarları › İş №3(062)-1055/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1055/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1055/2024 16.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X1 iştirakı ilə xx.xx.1976-cı ildə Tovuz rayonu Əyyublu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işləməyən, əlilliyi olmayan, Tovuz rayonu Əyyublu kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(62)-4169/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə yaranmış 9090 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 bildirmişdir ki, borclu Şəxs Tovuz Rayon Məhkəməsinin 2(62)-4169/2015 saylı xx.xx.2015ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş və nəticədə 9090 manat məbləğdə aliment borcu yaranmışdır. Həmçinin ölkə hüquqlarını tərk etməklə məhkəmənin qətnaməsini icra etməkdən yayındığını nəzərə alaraq xx.xx.2017-ci il tarixli qərarla axtarışa elan edilmiş və xx.xx.2024-cü il tarixdə saxlanılaraq Tovuz rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(62)-4169/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə 9090 manat məbləğdə aliment borcu var. Heç bir yerdə işləmir. Bundan sonra hər ay hissə-hissə borcunu ödəyəcək. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X4 izahatında bildirmişdir ki, Şəxs aliment ödəmədiyi üçün uşağı saxlamaqda çətinlik çəkir. Buna görə də barəsində ciddi tədbir görülkməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin 2(62)-4169/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən bir uşağın yetkinlik yaınadək saxlanılması üçün xx.xx.20215-ci il tarixdən başlayaraq Şəxs hər ay 90 manat məbləğdə aliment tutlaraq X2 ödənilməlidir. Tovuz rayon icra çöbəsinin icra məmuru Xəyal Verdiyev tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli borclunun axtarılması barədə qərara əsasən Şəxs axtarışa elan edilmişdir. Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsi tərəfindən Tovuz rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən Şəxs həmin tarixdə saxlanılaraq Tovuz rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(62)-4169/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun məhkəmə qətnaməsinin icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 gün müddətində inzibati həbs edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar