Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-106/2023 30.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs Tovuz Rayon icra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə Şəxs - xx.xx.1994-cü ildə Tovuz rayonu Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olan və yaşayan barəsində Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDl: Tovuz Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(062)-322/2021 saylı icra vərəqəsinə əsasən, Şəxs 6055 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq X1 verilməsi qət edilmişdir, icra vərəqəsi icra olunması üçün Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və 12 oktyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən tələbin icrasına dair icra məmurlarının tələblərini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasından müxtəlif yollarla boyun qaçırmışdır. Şəxs məhkəmə iclasında əməlini etiraf edərək göstərdi ki, işsiz olduğuna görə maddi imkanı aşağıdır. Ona görə də yaranmış 4885 (dörd mln səkkiz yüz səksən beş) manat borcunu ödəyə bilməmişdir. Bu məqsədlə onu 30 yanvar 2023-cü il tarixdə saat 10:00-da Tovuz Rayon İcra və Probasiya Şöbəsinə dəvət etmişlər. Hazırda əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(062)-322/2021 saylı icra vərəqəsinə əsasən, Şəxs 6055 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq X1 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən tələbin icrasına dair icra məmurlarının tələblərini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasından müxtəlif yollarla boyun qaçırmışdır. Bu səbəbdən 4885 (dörd min səkkiz yüz səksən beş) manat borcu yaranmışdır. Həmin öhdəliyini tamamilə tələbkara ödəməmişdir. Bu məqsədlə o, 30 yanvar 2023-cü il tarixdə saat 10:00-da Tovuz Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi Üə düzgün tövsif edilmişdir. Belə ki, işdə olan 30 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Tovuz Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(062)-322/2021 saylı icra vərəqəsinə əsasən, Şəxs 6055 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq X1 verilməsi qət olunmuş, borclu Şəxs borcunun ödənilməsi izah olunmasına baxmayaraq o, icra vərəqəsini üzrsüz səbəbdən İcra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs təqsirini etiraf edib, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi, Tovuz Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(062)- 322/2021 saylı icra vərəqəsinə əsasən, Şəxs 6055 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq X1 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən tələbin icrasına dair icra məmurlarının tələblərini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasından müxtəlif yollarla boyun qaçırmışdır. Hal-hazırda onun 4885 (dörd min səkkiz yüz səksən beş) manat borcu yaranmışdır. Həmin öhdəliyini tələbkara ödəməmişdir. O, borcunun ödəməməsinin səbəbini işləməməsi ilb əlaqələndirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və barəsində inzibati həbs tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115,117 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 30 yanvar 2023-cü il tarixdən saat 10:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-106/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-106/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver