Məhkəmə qərarları › İş №3(062)-107/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-107/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-107/2023 30.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Şəxs Nazim oğlunun katibliyi ilə Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs X1 Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakları ilə Şəxs - xx.xx.1990-cı ildə Tovuz rayonu Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikas! vətəndaşı, orta təhsilli, işsiz, subay, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olan və yaşayan barəsində Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(062)-2051/2022 saylı icra vərəqəsinə əsasən, 02 avqust 2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından 07 mart 2019-cu ildə anadan olmuş Zəhra adlı uşağın saxlanılması üçün Şəxs hər ay 160 manat məbləğində aliment, həmin uşağın müalicəsi üçün hər ay sabit pul məbləğində 30 manat pul və dövlət rüsumunun əvəzi olaraq 50 manat alınaraq X3 verilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və 15 noyabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən tələbin icrasına dair icra məmurlarının tələblərini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasından müxtəlif yollarla boyun qaçırmışdır. Şəxs məhkəmə iclasında əməlini etiraf edərək göstərdi ki, işsiz olduğuna görə maddi imkanı aşağıdır. Ona görə də aliment üzrə yaranmış 1000 (bir min) manat aliment borcunu ödəyə bilməmişdir. Bu məqsədlə onu 30 yanvar 2023-cü il tarixdə saat 14:00-da Tovuz Rayon İcra və Probasiya Şöbəsinə dəvət etmişlər. Hazırda əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi.Məhkəmə iclasında iştirak edən tələbkar X4 izahatında göstərdi ki, o, işsiz olduğundan maddi imkanı aşağıdır və uşağın saxlanılmasında çətinlik çəkir. Dəfələrlə borclu Şəxs aliment pulunu tələb etmişdir. Buna baxmayaraq, borclu hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayınmışdır. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci ii tarixli 2(062)-2051/2022 saylı icra vərəqəsinə əsasən, 02 avqust 2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından 07 mart 2019- cu ildə anadan olmuş Zəhra adlı uşağın saxlanılması üçün Şəxs hər ay 160 manat məbləğində aliment, həmin uşağın müalicəsi üçün hər ay sabit pul məbləğində 30 manat pul və dövlət rüsumunun əvəzi olaraq 50 manat alınaraq X3 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən tələbin icrasına dair icra məmurlarının tələblərini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasından müxtəlif yollarla boyun qaçırmışdır. Bu səbəbdən 1000 (bir min) manat aliment borcu yaranmışdır. Həmin aliment öhdəliyini tələbkara ödəməmişdir. Bu məqsədlə o, 30 yanvar 2023-cü il tarixdə saat 14:00~da Tovuz Rayon icra və Probasiya Şöbəsinə dəvət edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. ' Belə ki, işdə olan 30 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Tovuz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(062)-2051/2022 saylı icra vərəqəsinə əsasən, 02 avqust 2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından 07 mart 2019- cu ildə anadan olmuş Zəhra adlı uşağın saxlanılması üçün Şəxs hər ay 160 manat məbləğində aliment, həmin uşağın müalicəsi üçün hər ay sabit pul məbləğində 30 manat pul və dövlət rüsumunun əvəzi olaraq 50 manat alınaraq X5ma verilməsi qət olunmuş, borclu Şəxs aliment üzrə borcunun ödənilməsi izah olunmasına baxmayaraq o, icra vərəqəsini üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs təqsirini etiraf edib, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi, Tovuz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(062)- 2051/2022 saylı icra vərəqəsinə əsasən, 02 avqust 2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından 07 mart 2019-cu ildə anadan olmuş Zəhra adlı uşağın saxlanılması üçün Şəxs hər ay 160 manat məbləğində aliment, həmin uşağın müalicəsi üçün hər ay sabit pul məbləğində 30 manat pul və dövlət rüsumunun əvəzi olaraq 50 manat alınaraq X3 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən tələbin icrasına dair icra məmurlarının tələblərini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasından müxtəlif yollarla boyun qaçırmışdır. Hal-hazırda onun 1000 (bir min) manat aliment borcu yaranmışdır. Həmin aliment öhdəliyini tələbkara ödəməmişdir. O, aliment borcunun ödəməməsinin səbəbini işləməməsi ilə əlaqələndirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM- nin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və barəsində inzibati həbs tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 117 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 30 yanvar 2023-cü il tarixdən saat 14:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar