Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-1072/2024 28.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1958-ci il tarixdə Tovuz rayonu Dönük Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Şimşək” TV-də siyasi icmalçı işləyən, əlilliyi olmayan, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Tovuz şəhəri X10 küçəsində yerləşən X4 inzibati binasında ucadan səs-küy salmış, işçini hədələmiş və idarənin iş fəaliyyətini pozmuşdur. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında rotokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis leytenantı X3 protokola uyğun izahat verərək göstərdi ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə akt tərtib edilərək, barəsində tədbir görülməsi üçün məktubla Tovuz RPŞ-yə ünvanlanmış və rəhbərliyin tapşırığı əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokola etiraz edərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə şəhid atası olan Cəmil Hüseynovun işıqla bağlı probleminin hansı səbəbə həll olunmadığını müəyyənləşdirmək üçün X6 getmişdir. Orada olan X2 nəyə görə şəhid atasını təhqir etdiyini soruşmuş, sonuncu isə belə bir halın olmadığını bildirmişdir. O, həmin vaxt heçkimi təhqir etməmiş, hədələməmiş, nədə ki uca səslə danışıb idarənin iş rejimini pozmamışdır. Odur ki, barəsində tərtib edilmiş inzibati materialın icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, X7 texniki operator işləyir. xx.xx.2024-cü il tarixdə adını sonradan bildiyi Cəmil Hüseynov adlı şəxs ona yaxınlaşaraq kartını itirdiyini, yeni kartın verilməsini bildirmişdir. Həmin şəxsə kartın yenidən alınması üçün “Asan Xidmət” mərkəzinə yaxınlaşmasını, kartını oradan əldə edə biləcəyini bildirmişdir. Daha sonra sonuncu şəhid ailəsi olduğunu bildirmiş, “Asan Xidmət”ə gedə bilməyəcəyini bildirmiş, problemin burada həll olunmasını istəmişdir. Bundan sonra Cəmil Hüseynova yeni kart verilmiş və sonuncu onlardan razı qalaraq çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Dəmir adlı şəxs Tovuz şəhəri X10 küçəsində yerləşən X4 inzibati binasına gələrək, uca səslə ona “ay qız şəhid ailəsini niyə təhqir etmisən?, sənin başına oyun açacam” demiş, onu hədələmiş və idarənin iş fəaliyyətini pozmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə daxil olan bütün tövsifedici əlamətlər olmadığından onun barəsində olan inzibati xəta barədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, şəxsin əməlində inzibati xətalar barədə işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xətalar haqqında işlərə baxılarkən qərar (qərardad) çıxarılır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin dispozisyasından görünür ki, qeyd olunan inzibati xətanının törədilməsi üçün şəxs ictimai qaydanı pozmalı, fiziki şəxslər üzərində zor tətbiq etməli, belə zorun tətbiq edilməsi ilə bağlı hədələməli və ya əmlakın məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən hərəkətlər etməlidir. Göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisyasında göstərilən hallar pozulmamışdır. Həmçinin, Şəxs xırda xuliqanlıq etməsi də iş materialları ilə sübuta yetmir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə materiala xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-1072/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-1072/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver