Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-108/2023 31.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakları ilə Şəxs - xx.xx.1982-ci ildə Tovuz rayonu Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Yanıqlı kəndində qeydiyyatda olan və yaşayan barəsində Tovuz RPŞ-si Qovlar PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 18 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Tovuz rayonu Yanıqlı kəndində yaşadıqları evdə aralarında yaranmış sözlü mübahisə zamanı arvadı X4 döyərək bədən xəsarəti yetirmişdir. X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 18 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Tovuz rayonu Yanıqlı kəndində yaşadıqları evdə aralarında yaranmış sözlü mübahisə zamanı arvadı X4 döyərək bədən xəsarəti yetirmişdir. O, məhkəmə iclasında zərərçəkmiş şəxs X1 üzr istəyərək barışdığını bildirdi. Törətdiyi əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb, həmin iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, əri Şəxs 18 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Tovuz rayonu Yanıqlı kəndində yaşadıqları evdə aralarında yaranmış sözlü mübahisə zamanı onu döyərək bədən xəsarəti yetirmişdir. O, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, inzibati xəta törətmiş Şəxs ondan üzr istəmiş və o, sonuncu ilə barışmışdır. Ona görə də məhkəmədən onun Şəxs ilə barışmağını nəzərə alıb həmin iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, inzibati xəta törətmiş şəxs Şəxs və zərərçəkmiş şəxs X4 dinləyərək, eyni zamanda onların barışmalarını nəzərə alıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilən Tovuz RPŞ-nin cinayət işinin başlanılmasının rədd edilməsi barədə 28 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, o, Şəxs ilə barışmış, hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 39-cu maddəsindən görünür ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və; 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş; şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati qaydada işinə baxılan Şəxs zərərçəkmiş şəxs X2 barışmışdır, Ona görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,114-115 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Gəncə Apeilyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-108/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-108/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver