Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-111/2024 12.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ İTB-nin sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1996-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əlilliyi olmayan, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 10 fevral 2024-cü il tarixdə saat 18 radələrində sərxoş vəziyyətdə Tovuz rayonu Aşağı Quşçu kəndində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və bununla bağlı onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Baş vermiş xəta ilə əlaqədar Şəxs barəsində 12 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində göstərdi ki, 10 fevral 2024-cü il tarixdə Tovuz rayonu Ağdam kəndində dostunun evində yemək yeyib spirtli içki qəbul etdikdən sonra əvvəllər tanıdığı Ayşənin işlədiyi kafeyə getmişdir. Çay içmək üçün kafedə oturduqda, Ayşə çalışmışdır ki, onu çölə çıxartsın. O da əsəbləşrək aqressiv rəftar etmişdir. Daha sonra bir nəfər şəxs yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmiş və onunla birlikdə polis şöbəsinə getməyi təklif emişdir. İçkili və əsəbi olduğu üşün ucadan nalayiq ifadələr işlətmişdir. Daha sonra polis şöbəsinə getmiş orada da səs-küy salmışdır. O əsəbi və içkili olduğu üçün onu nizam-intizama dəvət edən polislərin qanuni tələbinə tabe olmamışdır. Hazırda əməlindən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs dinləyib iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, X2 əməli Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif edilməli və həmin maddələrlə təqsirli bilinib inzbati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta haqda iş üzrə materiala əlavə edilmiş 10 fevral 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 45 saylı müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:30-da yüngül dərəcəli alkoqol sərxoşu olmuşdur. Məhkəmə Şəxs hadisəni sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İşə əlavə edilmiş arayışdan görünür ki, Şəxs son bir ildə inzibati məsuliyyətə cəlb edilməmişdir. İşə əlavə olunmuş inzibati qaydada tutma haqqında 126 saylı protokoldan görünür ki, Şəxs 10 fevral 2024-cü il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla ona daha ciddi xəta olan İXM-nin 535.1-ci maddəsinin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun inzibati qaydada həbs olunmasını məqsədə müvafiq hesab edir. İnzibati qaydada həbs etmənin əvvəli Şəxs hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 10 fevral 2024-cü il tarixdən saat 19:00-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 10 fevral 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-111/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-111/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver