Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-114/2025 11.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İnzibati xəta haqda protokol tərtib etmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə xx.xx.1993-cü ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əlilliyi olmayan, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-116/2023 saylı icra sənədi üzrə yaranmış 1960 manat aliment borcunu ödəməkdən və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1889/2024 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü Hüseyn adlı uşağın X4 qaytarılmasından boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X11 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-116/2023 saylı icra sənədinə əsasən, 12 sentyabr 2022-ci il tarixdən başlayaraq, 23 oktyabr 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 140 manat məbləğində alimentin alınaraq X4 verilməsi qət edilmişdir. İcra sənədi üzrə qanuna müvafiq olaraq xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış və zəruri icra tədbirləri həyata keçirilmişdir. Həmçinin, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1889/2024 saylı icra sənədinə əsasən, xx.xx.2029-cu il təvəllüdlü X2 Şəxs alınaraq X4 qaytarılması qərara alınmışdır. İcra sənədi üzrə qanuna müvafiq olaraq xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış və zəruri icra tədbirləri həyata keçirilmişdir. Hər iki icra sənədi xx.xx.2025-ci il tarixli qərarla bir icraatda birləşdirilməklə icra hərəkətləri davam etdirilmişdir. Lakin borclu Şəxs hazırki vaxta kimi nə aliment ödənişi etməmiş, nə də uşağı tələbkara qaytarmamışdır. Ümumiyyətlə borclu onların çağırışlarına gəlməkdən boyun qaçırır və üzrsüz olaraq icra sənədlərinin icrasından yayınır. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Hüseyn adlı uşağı onun yanındadır və uşağa o, baxır. Bu səbəbdən aliment borcunu ödəməmişdir. Uşaq anasına getmədiyinə görə o uşağı anasından aldıqdan sonra ona qaytarmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X9 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunu ödəmir. O məhz alimenti ödəməməkdən ötrü uşağı aparmışdır. O uşağı aparsa da uşaqla bir dəfə də olsa görüşməyə imkan verməmişdir. Halbu ki, uşağın alınaraq ona verilməsinə dair məhkəmə qətnaməsi mövcuddur. Uşağın 6 yaşı var. Necə ola bilər ki, uşaq birdən birə anasına getməsin. O yaşda uşağı anaya nifrət və qorxu ilə böyütmək uşağın sağlamlığı, həyatı üçün olduqca təhlükəlidir. Kamran fərdi əmək fəaliyyəti ilə məşğul olur. O işdə olanda uşaq onun anası və atası ilə birlikdə qalır. Kamranın anası da uşaqla elə rəftar edir ki, ondan sonra uşaq ona gəlməyə qorxur. Hətta başqa işlə bağlı məhkəməyə çağırılmış bir qadın məhkəmənin həyətində şahidi oldu ki, Kamranın anası uşağa nə isə dedikdən sonra uşaq ağlayaraq ona getməkdən imtina etdi. Bu da onu göstərir ki, uşaqa ciddi təsirlər mövcuddur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o digər bir işlə bağlı tələbkardır, növbəti məhkəmə iclası onun işi bağlıdır. O məhkəmənin gözləmə zalında olarkən borclu Şəxs anası, sonradan adını bildiyi Təranə adlı xanım nəvəsi Hüseynə yaxınlaşaraq nəsə dedikdən sonra uşaq bərkdən ağlamağa başladı. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı, həmçinin şahidi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyəyn edildi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-116/2023 saylı icra sənədinə əsasən, 12 sentyabr 2022-ci il tarixdən başlayaraq, 23 oktyabr 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 140 manat məbləğində aliment alınaraq X4 verilməsi qət edilmişdir. İcra sənədi üzrə qanuna müvafiq olaraq xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış və zəruri icra tədbirləri həyata keçirilmişdir. Həmçinin, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1889/2024 saylı icra sənədinə əsasən, xx.xx.2029-cu il təvəllüdlü X1 Kamran Fərhad oğlundan alınaraq X4 qaytarılması qərara alınmışdır. İcra sənədi üzrə qanuna müvafiq olaraq xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış və zəruri icra tədbirləri həyata keçirilmişdir. Hər iki icra sənədi xx.xx.2025-ci il tarixli qərarla bir icraatda birləşdirilməklə icra hərəkətləri davam etdirilmişdir. Lakin borclu Şəxs hazırki vaxta kimi nə aliment ödənişi etməmiş, nə də uşağı tələbkara qaytarmamışdır. Bu isə o deməkdir ki, borclu icra sənədlərini hər hansı üzürlü səbəblərdən olmadan icra etməmişdir. Borclunun məqsədi icra sənədlərinin icrasına mane olmaqla, uşaqla ana arasında olan bağlılığı soyutmaq, bununla da alimentlə bağlı icra sənədinin də icrasına mane olmaqdır. Məhkəmə iclasında izahatı alınmış şahidin izahatından da müəyyən edilir ki, borclu uşağa təsirlər göstərməklə icra sənədinin icrasına mane olur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Göründüyü kimi sözügedən icra sənədinin tələbləri borclu tərəfindən yerinə yetirilmədiyindən, yəni istər alimentlə bağlı, istərsə də uşağın alınıb-verilməsi ilə bağlı icra sənədləri icra edilmədiyindən haqlı olaraq icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Alimentə dair icra sənədinə münasibətdə məhkəmə onu qeyd edir ki, borclu özü izahatında qeyd edir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Onun uşağın anasında olduğu dövrlərdə də müəyyən edilmiş alimenti ödəməməsi onu deməyə əsas verir ki, o icra məmurunun qanuni tələblərini hər hansı üzürlü səbəblər olmadan icra etmir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən olan inzibati həbsin təyin edilməsi inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə və işin digər hallarına uyğun olar. Həmin tənbeh növü Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarına görə Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəmə baxışına hüquq xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qaşı” xx.xx.2002-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma Konvensiyasnın 6-cı maddəsində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə ona görə həbs növündə tənbeh verilməsini qanuna müvafiq hesab edir ki, bu icra sənədi icra edildikdən sonra şəxs tərəfindən gələcəkdə eyni inzibati xəta pozuntusuna yol verilməsin. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli 11 fevral 2025-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-114/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-114/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver