Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-116/2025 03.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X1 nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə X3 tərəfindən verilmiş vəsatətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2024cü il tarixli, ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda X3 qərardan şikayət vermə müddətinin bərpası barədə ərizə təqdim edərək buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və mahiyyəti üzrə işə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərarın surəti ona təqdim edilməmiş, qərarın surətini xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Ona görə də müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X4 göstərdi ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs qərardan qanunla müəyyən edilmiş qaydada müddət daxilində şikayət verməmişdir. Hansı ki, qərar ona rəsmi təqdim edilmişdir. Müddətin bərpası üçün də əsaslar göstərməmişdir. Odur ki, vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, qüvvədə olan inzibati xətalar barədə qanunvericiliyin tələblərini hüquqi qiymətləndirərək hesab edir ki, verilmiş vəsatət təmin edilməməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 2019cu il 24 dekabr tarixli Qərarı). İnzibati Xətalar Məcəlləsinin 130.1 və 130.2-ci maddələrində qeyd olunmuşdur ki, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə göstərir ki, ötürülmüş prosessual müddətin bərpa edilməməsi o vaxt əsaslı olar ki, həmin tələb qərarın icrasını ləngitmək, nüfuzuna xələl gətirmək, hüquqdan sui-istifadə, məsuliyyətdən yayınma və bu kimi məqsədlər daşımış olsun. Lakin tərəflərin fundamental hüquqlarının pozulması mübahisə doğurduğu hallarda müddət bərpa edilməli, şəxsin hüquq və azadlıqlarının təmin edilməsi üçün məhkəməyə müraciət etmək hüququ məhdudulaşdırılmamalıdır. Eyni zamanda prosessual müddətin bərpasından imtina o zaman əsaslı hesab edilməlidir ki, prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən olması barədə məhkəməyə tutarlı sübut təqdim edilməsin. İşin halları bu aspektlərdən araşdırılan zaman müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh tətbiq edilən şəxs həmin qərarın qəbul edilməsindən məlumatlı olmuş və lakin səhlənkarlıq nümayiş etdirərək qərardan vaxtında şikayət verməmişdir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2024-cü ildə qərarın surəti şəxsə rəsmi qaydada göndərilmişdir. Məhkəmə hesab edir ki, hazırda Zeynalabdı Quliyev qərardan şikayət verməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəni verməkdə məqsədi onun inzibati məsuliyyətdən yayınmaq niyyətindən irəli gəlir. Bir növ Zeynalabdı Quliyev bu addımı hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Sadalananlara əsasən məhkəmə insan və vətəndaşın hüquqlarını və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olmasını, bu hüquq və azadlıqların gözlənilməsi və qorunmasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi olmasını nəzərə alıb hazırkı halda buraxılmış müddətin bərpası üçün heç bir üzrlü hal görmür. Konstitusiya insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqların gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2024cü il tarixli, ******* saylı qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə X3 tərəfindən verilmiş vəsatət təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsində göstərilmişdir ki, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1, 130.3 və 128-130-cu maddələrini maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə X3 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-116/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-116/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver