Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-117/2025 25.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 fevral 2025-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC 16 yanvar 2023-cü il tarixdə 29930 (iyirmi doqquz min doqquz yüz otuz) ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüş və 2 il müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 17 yanvar 2025ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Şəxs MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında nümayəndəsi olduğu hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq verdiyi ifadsəsində göstərdi ki, həqiqətən xaricə 16 yanvar 2023-cü il tarixdə pul köçürülmüşdür. Lakin həmin mal ölkəyə gətirilmiş və bu barədə gömrük bəyannaməsində də göstərilmişdir. Müqavilə üzrə nəzərdə tutulmuş qeyd olunan məhsul 14 iyun 2023-cü il tarixdə Türkiyə Cumhuriyyətindən ölkəyə daxil olmuşdur. Pulun qarşılığında məhsul inzibati xəta haqqında protokol tərtib olunmamışdan öncə artıq Azərbaycan Respublikasına qaytarılmışdır. İşə əlavə olunmuş ödəniş tapşırığından görünür ki, Kapitalbank ASC vasitəsilə 29930 ABŞ dolları X2 Bankası vasitəsilə pul aidiyyəti qaydasında göndərilmişdir. İşə əlavə olunmuş 14 iyun 2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, göndərilmiş pul müqabilində sifariş olunan mal, o cümlədən ********** saylı köçürmə üzrə mal 14 iyun 2023-cü il tarixdə Şəxs MMC-nin hesabına ölkəyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, ölkə ərazisinə Şəxs MMC tərəfindən avans şəklində göndərilən pul müqabilində 14 iyun 2023-cü il tarixədək mal ölkə ərazisinə idxal olunmuşdur. Yəni ölkəyə gətirilən mallar içərisində ********** saylı qaimə üzrə köçürülsün, pulların dəyərində daxil edilməklə ölkəyə gətirilmişdir. Belə olan halda Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə görə, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində İXM-nin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xəta hadisəsi baş verməmişdir, ona görə də hüquqi şəxs inzbati qaydada tənbeh oluna bilməz, odur ki, həmin inzbati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,48-51, 53, 115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 05 fevral 2025-ci il tarixli EP № ******* saylı protokol əsasında olan inzibati xəta haqqında işin icraatına inzibati hadisə olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-117/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-117/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver