Məhkəmə qərarları › İş №3(062)-118/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-118/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-118/2024 13.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Zərərçəkmiş şəxs3 iştirakı ilə xx.xx.1995-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 Haqqında Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Sürücü Zərərçəkmiş şəxs3 30 avqust 2023-cü il tarixdə saat 24 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Tovuz rayonu İbrahimhacılı kəndində hərəkətdə olarkən idarəetməni itirmiş və nəticədə X2 idarə etdiyi VAZ 21060 markalı **-BB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə onun avtombilində olan sərnişin Zərərçəkmiş şəxs2 az ağır xəssrət və digər avtomobilin sürücüsü X1 zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətlər almasına səbəb olmuşdur. Bu hərəkətləri ilə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta törətmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, 30 avqust 2023-cü il tarixdə saat 24 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Tovuz rayonu İbrahimhacılı kəndində hərəkətdə olarkən idarəetməni itirmiş və nəticədə X2 idarə etdiyi VAZ 21060 markalı **-BB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə onun avtombilində olan sərnişin Zərərçəkmiş şəxs2 az ağır xəssrət və digər avtomobilin sürücüsü X1 zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətlər almasına səbəb olmuşdur. Törətdiyi hadisədən peşmandır. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış rədd materialı ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Zərərçəkmiş şəxs3 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Zərərçəkmiş şəxs3 inzibati tənbeh növü kimi cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Zərərçəkmiş şəxs3 həmçinin İXM-nin 327.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən 327.1-ci maddəsi ilə işlərə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən həmin maddəyə müvafiq qiymət verilməsi üçün səlahiyyətli orqanın nəzərinə çatdırılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar