Məhkəmə qərarları › İş №3(062)-121/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-121/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-121/2024 13.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 27 avqust 1983-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Tovuz Rayon Suvarma Sistemləri İdarəsində çilingər işləyən, əvvəllər inzibati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2 (062)-1147/2021 saylı icra vərəqəsinə əsasən ondan 10000 manat məbləğində borc pul və 30 manat dövlət rüsumu alınıb X1 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiaya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2 (062)-1147/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 10000 manat məbləğində borc pul və 30 manat dövlət rüsumu alınıb X1 verilməsi qət olunmuşdur. Borclunun barəsində icra tədbirləri görülmüş, iş yeri müəyyən olunaraq borcun ödənilməsi üçün əmək haqqına yönəldilmişdir. Bir neçə aydır ki əmək haqqından tutulmalar müvafiq qaydada tələbkarın bank rekviziti üzrə yönəldilmişdir. Lakin bundan başqa Şəxs borcundan heç bir ödəmə etmir. Odur ki, barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Faxrəddin Aslanova borcu vardır. Bu barədə icra vərəqəsindən də xəbərdardır. Hər ay onun əmək haqqından əlli faiz tutulma olur. Artıq bir neçə aydır əmək haqqından tutulma olmuşdur. Borcun verilməsindən yayınmaq fikri yoxdur. Bundan başqa əlbəəl 400 manat ödəniş də etmişdir. Həmçinin əmək haqqından başqa maddi imkanı düzəldikdə başqa da ödəmələr edəcək. Bu halları nəzərə alaraq barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu borcun ödənilməsindən yayınmamış, əslində onun rəsmi iş yeri vardır. İlk növbədə icra məmuru tərəfindən həmin əmək haqqına yönəldilmə aparılmışdır. Hər ay onun əmək haqqından tutulma olunaraq Faxrəddin Aslanovun bank rekviziti üzrə ödəmə aparılır. Bundan başqa Şəxsun borcun ödənilməsi üçün maddi imkanı düzəldikdə tələbkara olan borcunu tezliklə qaytarmaq niyyətinin olması göstərir ki, o icra sənədinin icrasından yayınmamışdır və ona görə də onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Göründüyü kimi barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və qətnamənin icrasından qərəzli şəkildə yayınma halları öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz. Odur ki, onun barəsində inzibati xəta haqqında icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar