Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-125/2023 03.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs X1 nümayəndəsi X8 Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakları ilə xx.xx.1965-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(062)-457/2022 saylı icra vərəqəsinə əsasən, cehiz əşyalarının özləri, həmin əşyaların naturada verilməsi mümkün olmadığı halda onların ümumi dəyəri olan, cəmi 15388 (on beş min üç yüz səksən səkkiz) manat pul və dövlət rüsumu hesabına ödənilmiş 137 (bir yüz otuz yeddi) manat pul cavabdehlər X2, X3 və Şəxs müştərək qaydada alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və 12 dekabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən tələbin icrasına dair icra məmurlarının tələblərini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasından müxtəlif yollarla boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 15 martı 2022-ci il tarixli 2(062)-457/2022 saylı icra vərəqəsinə əsasən, cehiz əşyalarının özləri, həmin əşyaların naturada verilməsi mümkün olmadığı halda onların ümumi dəyəri olan, cəmi 15388 (on beş min üç yüz səksən səkkiz) manat pul və dövlət rüsumu hesabına ödənilmiş 137 (bir yüz otuz yeddi) manat pul cavabdehlər X2, X3 və Şəxs müştərək qaydada alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən tələbin icrasına dair icra məmurlarının tələblərini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasından müxtəlif yollarla boyun qaçırmışdır. Hazırda onun 7107 (yeddi min yüz yeddi) manat borcu vardır. Həmin öhdəliyini tələbkara ödəməmişdir. Bu məqsədlə o, 01 fevral 2023-cü il tarixdə saat 15:00da Tovuz Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmişdir. Şəxs məhkəmə iclasında göstərdi ki, həmin icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə digər borclu olan oğlu X7 həbs edilmişdir. Hazırda həmin qızıl-zinət əşyalarının bir qismini ödəyir, qalan əşyaların isə dəyərini verməyə hazırdır.Odur ki, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X11 izahatında göstərdi ki, o məhkəmədə ona təqdim edilmiş qızılları qəbui etmək istəmir. Belə ki, qızılların həqiqətən də həmin qızıllar olmasını ancaq onun qızı bilə bilər. Onun isə məhkəmə iclasına gəlmək imkanı yoxdur. O eynilə həmin qızılları istəyir. O qızılların oxşarının ona verilməsi ilə razıl deyildir. Odur ki, onun barəsində həbs növündə tənbeh verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan 01 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Tovuz Rayon Məhkəməsinin 15 mart 2022- ci il tarixli 2(062)-457/2022 saylı icra vərəqəsinə əsasən, cehiz əşyalarının özləri, həmin əşyaların naturada verilməsi mümkün olmadığı halda onların ümumi dəyəri olan, cəmi 15388 (on beş min üç yüz səksən səkkiz) manat pul və dövlət rüsumu hesabına ödənilmiş 137 (bir yüz otuz yeddi) manat pul cavabdehlər X2, X3 və Şəxs müştərək qaydada alınıb iddiaçı X5 verilməsi qət olunmuş, borclulardan X7 həmin icra sənədini üzürsüz səbəbdən icra etməməyə görə məsuliyyətə cəlb edilmiş, Şəxs icra sənədinin icrasını məhkəmə iclas zalında təmin etmək istəsə də, tələbkar buna razı olmayaraq qızılların özünü, olmayan əşyaların isə dəyərini qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7-ci maddəsinə əsasən başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Göründüyü kimi qızıl-zinət əşyaları növ əlamətlərinə görə digər əşyalardan fərqlənməklə dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınmaz əşyadır. Həmin əşyaların qəbulundan isə borclu imtina etmiş, bu barədə məhkəmə iclas zalında müvafiq akt tərtib edilmişdir. Bundan başqa iş materiallarından göründüyü kimi həmin borclunun mülkiyyətində Opel Vektra markalı avtomobil vardır ki, qeyd edilən əmlakla bağlı icra hərəkətləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin dispozisiyasmda məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarmm qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmııru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqmda iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqmda iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsiıı təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-cİ maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və İnzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqmda iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.1. 1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.1. 2. inzibati xəta törətmiş şəxs; 75.1. 3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.1. 4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.1. 5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.1. 6. inzibati xətalar haqqmda işlər üzrə icraatı rədd edən hallar; 75.1. 7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanm (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqmda işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqmda iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqmda protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqmda işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1. 1. inzibati xəta hadisəsi olmadıqda; 53.1. 2. inzibati xəta tərkibi olmadıqda; 53.1. 3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1. 4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1. 5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1. 6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1. 7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1. 8. barəsində inzibati xəta haqqmda iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1. 9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikasının İXM-in 105.1-ci bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqmda iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqmda işin icraatma xitam verilməsi haqqmda qərar qəbul edir. Məhkəmə qanununverciliyinin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,53,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata, əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-125/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-125/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver