Məhkəmə qərarları › İş №3(062)-125/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-125/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-125/2024 15.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2 (062)-126/2023 saylı icra vərəqəsinə əsasən 05 fevral 2013-cü ildə anadan olmuş Zəhra, 04 aprel 2014-cü ildə anadan olmuş Aydan, 04 aprel 2014-cü ildə anadan olmuş Fidan və 17 sentyabr 2011-ci ildə anadan olmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində hər uşaq üçün 120 manat alimentin alınaraq X1 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2 (062)-126/2023 saylı icra vərəqəsinə əsasən 05 fevral 2013-cü ildə anadan olmuş Zəhra, 04 aprel 2014-cü ildə anadan olmuş Aydan, 04 aprel 2014-cü ildə anadan olmuş Fidan və 17 sentyabr 2011-ci ildə anadan olmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində hər uşaq üçün 120 manat alimentin alınaraq X1 verilməsi qət olunmuşdur. Həmin icra vərəqəsinin icrasından Şəxs üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Şəxs icra vərəqəsi üzrə borcundan hər ay ödəmələr etsə də sonuncu 2024-cü ilin yanvar ayı üzrə müəyyən olunmuş alimenti ödəyə bilməmiş və 480 manat borcu yaranmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, məhkəmə tərəfindən uşaqları üçün müəyyən olunmuş alimenti ödəmişdir. Hər ay ödəmə edir və yalnız sonuncu 2024-cü ilin yanvar ayı üçün 480 manat borcu yaranmışdır. Onu isə xəstələndiyi və işə çıxa bilmədiyi üçün ödəyə bilməmişdir. Bir neçə gün ərzində sağaldıqdan sonra həmin pulu da ödəyəcəkdir. Özü fərdi əməklə məşğul olur. Borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Ona görə də hesab edir ki, qətnamənin icrasından qərəzli boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu qətnamənin icrasından boyun qaçırmır. Borcu ümumilikdə 480 manat təşkil edir. Həmin borc da 2024cü ilin yanvar ayında ödəmə edə bilmədiyi üçün yaranmışdır. Hazırda onun səhhətində problem mövcud olduğu üçün borcu ödəyə bilməmiş, həmçinin yalnız yanvar ayının aliment borcunu ödəyə bilməməsi qətnamənin icrasından qərəzli boyun qaçırması hesab oluna bilməz. Borclunun mütəmadi ödəmə etməsi və həmçinin yaranmış 480 manat olan borcu tezliklə bağlamaq istəyi onun qətnamənin icrasından qərəzli boyun qaçırmamasının göstəricisidir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzbati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar