Məhkəmə qərarları › İş №3(062)-14/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-14/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-14/2025 06.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax RPŞ PPXB-nin polis nəfəri işləyən, əlilliyi olmayan, məhkumluğu olmayan, subay, Qazax rayonu Ürkməzli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 332.2, 334.1 və 334.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində iş yoldaşına məxsus olan **-OK-*** dövlət qeydiyyat nişanlı BMW 528 minik markalı avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan sərxoş vəziyyətdə idarə edən zaman Tovuz şəhəri İsmayıl Mürşüdov küçəsindən üzü Tovuz şəhəri Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən baş yolu gözləmədən yola çıxmış bu zaman digər yol ilə hərəkətdə olan VAZ 21074 minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vuraraq avtomobilə maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2, 334.1 və 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində iş yoldaşına məxsus olan **-OK-*** dövlət qeydiyyat nişanlı BMW 528 minik markalı avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan sərxoş vəziyyətdə idarə edərək Tovuz rayonuna gəlmişdir. Tovuz şəhəri İsmayıl Mürşüdov küçəsindən üzü Tovuz şəhəri Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən baş yolu gözləmədən yola çıxmış bu zaman digər yol ilə hərəkətdə olan VAZ 21074 minik markalı **-CA-*** dövlət qeydiyyat nişamlı avtomobilin qabaq hissəsindən vuraraq ona ziyan vurmuşdur. Hazırda zərərin aradan qaldırılması istiqamətində müəyyən addımlar atmışdır. Bu gün zərərçəkən ilə barışıq da əldə etmişdir. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. İş üzrə zərəçəkmiş şəxs X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində özünə məxsus olan **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili Tovuz şəhərində idarə edən zaman baş yolda hərəkət edərkən qəflətən yoluna **-OK-*** dövlət qeydiyyat nişanlı BMW 528 minik markalı avtomobil daxil olaraq onu avtombilini qabaq hissəsindən vurmuşdur. Hadisə nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. Sonradan avtomobilə zərər vuran şəxsin Şəxs olduğu ona bəlli olmuşdur. Hazırda Şəxs ilə barışıq əldə etmişlər. Odur ki, ondan şikayətçi deyil. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış material ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci və 334.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla ona daha ciddi xəta olan İXM-nin 334.3-cü maddəsinin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs həmçinin İXM-nin 327.1, 332.1, 332.2-ci maddələri ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən 327.1, 332.1, 332.2-ci maddələri ilə işlərə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən həmin maddələrə müvafiq qiymət verilməsi üçün səlahiyyətli orqanın nəzərinə çatdırılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar