Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-142/2025 13.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ24489513 nömrəli xx.xx.2024-cü il tarixli elektron qərardan X1 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: X1 DİN-in Baş Dövlət Yol polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ24489513 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və cərimənin silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)-1035 saylı qərarı ilə xx.xx.2024-cü il tarixli, EQ 24472505 nömrəli “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” elektron qərar dəyişdirilməmiş, şikayət isə təmin edilmədən saxlanılmışdır Həmin qərardan X1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 3(104)- 33 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)-1035 saylı qərarı ləğv edimiş və inzibati iş yenidən araşdırılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Bununla belə qərardan şikayət vermiş şəxs məhkəməyə ərizə ünvanlayaraq mübahisənin artıq həllini tapmasını və verdiyi şikayətin özünə qaytarılmasını xahiş etmişdir. “Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Cinayət Prosessual Məcəllənin 122.7.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri şikayəti verən şəxsin özünun geri götürməyə hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 tərəfindən qərarın ləğv edilməsi barədə verdiyi şikayət geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: X1 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-142/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-142/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver