Məhkəmə qərarları › İş №3(062)-143/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-143/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-143/2023 13.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, X5 xx.xx.2023-cü il tarixdə ictimai qaydanı kobud surətdə pozaraq polisin qanuni tələbinə tabe olmamış və ucadan səs-küy salmışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 protokola uyğun izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:40 radələrində İ nömrəli postda xidmətdə olan PPXB-nün polis nəfəri polis serjantı X4 radio stansiya vasitəsilə postun mərkəzinə köməyə ehtiyac olduğunu bildirmişdir. Bu zaman Tovuz RPŞ-nin PPXBnün tağım komandiri, polis leytenantı Turqut Böyükağalı hadisə yerinə yaxınlaşan zaman iki nəfərin bir-biri ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətdiklərini görmüşdür. Onu nizam-intizama dəvət etsə də Şəxs məhəl qoymaraq əməlini davam etdirmişdir. Daha sonra Şəxs Tovuz RPŞ-nə dəvət edən zaman polisin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Ona görə də bu barədə müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı qismən etiraf edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində əvvəllər tanıdığı Çərkəzov Murad ilə birlikdə şəhərində arasında yerləşən QRQ çay evində oturub söhbət edirlərmiş. Biraz söhbət etdikdən sonra onların arasında mübahisə düşmüş və onlar ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışlar. Biraz keçəndən sonra bir nəfər polis əməkdaşı onlara yaxınlaşaraq ictimai yerdə nalayiq ifadələr işlətməməyi bildirmişdir. Lakin, onlar sərxoş olduqları üçün polis əməkdaşlarının həmin polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirməyə başlamışdır. Bu zaman başqa bir polis əməkdaşı gələrək onların etdikləri hərəkətin qanunsuz olduğunu bildirərək, Tovuz RPŞ-nə dəvət etmişdir. Hazırda isə etdiyi əməldən səmimi peşmandır. Odur ki, barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz RPŞ-nin PPXB-nin tağım komandiri, polis leytenantı X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:40 radələrində İ nömrəli postda xidmətdə olan PPXB-nün polis nəfəri polis serjantı X4 radio stansiya vasitəsilə postun mərkəzinə köməyə ehtiyac olduğunu bildirmişdir. Bu zaman o hadisə yerinə yaxınlaşan zaman iki nəfərin bir-biri ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətdiklərini görmüşdür. Onu nizam-intizama dəvət etsə də Şəxs məhəl qoymaraq əməlini davam etdirmişdir. Daha sonra isə Şəxs Tovuz RPŞ-nə dəvət edən zaman polisin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Bu barədə tərəfindən müvafiq raport təqdim edilərək təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:40 radələrində xidməti sahədə olan zaman iki nəfərin ucadan nalayiq ifadələr işlədərək mübahisə etdiklərini görmüşdür. Bu zaman onlara yaxınlaşaraq nizam-intizama dəvət etmişdir. Lakin, adı sonradan ona məlum olan Şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq əməlini davam etdirmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərər təhqir etmişdir. Buna görə də postun mərkəzinə məlumat verərək kömək istəmişdir. Sonuncuya etdiyi əməlin qanunsuz olduğu bildirikdən sonra Tovuz RPŞ-nə dəvət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz RPŞ-nin PPXB-nün tağım komandiri, polis leytenantı Turqut Böyükağalı tərəfindən yazılmış raportdan görünür ki, 03.2023-cü il tarixdə saat 21:40 radələrində İ nömrəli postda xidmətdə olan PPXB-nün polis nəfəri polis serjantı X4 radio stansiya vasitəsilə postun mərkəzinə köməyə ehtiyyac olduğunu bildirmişdir. Bu zaman polis leytenantı Turqut Böyükağalı hadisə yerinə yaxınlaşan zaman iki nəfərin bir-biri ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətdiklərini görmüşdür. Onu nizam-intizama dəvət etsə də Şəxs məhəl qoymaraq əməlini davam etdirmişdir. Daha sonra isə Şəxs Tovuz RPŞ-nə dəvət edən zaman polisin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə xx.xx.2023-cü il tarixli, 84 nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə aparılan tibbi müayinə zamanı Şəxs orta dərəcəli alkaqol sərxoşluğu müəyyən olunmuşdur. Sübutların anlayışından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə göstərir ki, Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi ictimai qaydanı pozması və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları ilə təsdiqin tapır. Həmçinin onun tərəfindən bu kimi hərəkətlər barəsində verilmiş şikayətin araşdırılması üçün şöbəyə dəvət edilən zaman polisin inzibati binasının həyətində, habelə daxili xidmət otağında edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də X5 adıçəkilən Məcəllənin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İnzibati Xətalar Məcəlləsinin daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun əməlini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən inzibati xəta sərxoş halda törədildiyindən Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən onun əməlini ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əməlində yüngülləşdirən və ağırlaşdıran halların olmasını, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli 12 fevral 2023-cü il tarixdən, saat 22:00-dan hesablansın. Qərаrın icrаsı Tovuz rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar