Məhkəmə qərarları › İş №3(062)-143/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-143/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-143/2024 27.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, Qərardan şikayət verən X1 iştirakı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 19 iyul 2023-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzbati xəta törətdiyinə görə 2259,50 ABŞ dolları məbləğində cərimə olunmuşdur. X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixli EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və barəsində olan inzibati xəta haqqında iş üzrə materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X2 şikayətini müdafiə edərək göstərdi ki, 05 may 2021-ci il tarixdə "xxxx" ASC tərəfindən xaricə köçürdüyü 22595 ABŞ dolları vəsaitin əvəzində 21 may 2021-ci il tarixli **********9585 saylı gömrük bəyannaməsi üzrə mal idxal edərək gömrük bəyannaməsini banka təqdim etmişdir. Həmin bankın səhlənkarlığı nəticəsində gömrük bəyannaməsi üzrə gətirilmiş məhsul sistemə gec işlənilmişdir. Bununla bağlı bankdan arayış da almışdır. Baş verən pozuntu onun təqsiri ucbatından baş verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə materialın icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2259,50 ABŞ dolları məbləğində cərimə tətbiq olunmuşdur. İşə əlavə olunmuş 21 may 2021-ci il tarixli **********9585 saylı gömrük bəyənnaməsindən görünür ki, Azərbaycan Respublikasına Türkiyə Respublikasından aromatik meyvə şirələrinin qablaşdırılması üçün çox qatlı kartondan paketləmə ləvazimatı məhsulu göndərilmişdir. İşə əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli arayışdan görünür ki, 05 may 2021-ci il tarixdə köçürülmüş 22595 dolları **********9585 saylı gömrük bəyannaməsi əsasında 16 fevral 2024-cü il tarixdə Dövlət Gömrük Komitəsinin sistemində bəyan edilmişdir. Məhkəmə iş materillarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, şikayət verən şəxsi dinləyib hesab edir ki, şikayət qismən təmin edilməli, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqda qərar ləğv edilməli və iş üzrə icraata şəxsin əməlində xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunaraq 2259,50 ABŞ dolları cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında həmin 19 iyul 2023-cü il tarixli qərarda xətanın əsası kimi “X2 22595,50 ABŞ dolları məbləğində vəsaiti 05 may 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 22595,50 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmaması” qeyd edilmişdir. X2 tərəfindən şikayət ərizəsinə əlavə etdiyi gömrük bəyənnaməsi üzrə əslində ölkəyə malın daxil olması qeyd olunmuş və bəyənnamənin "xxxx" ASC-nin Şəmkir filialına verilməsi öz əksini tapmışdır. "xxxx" ASC tərəfindən verilmiş arayışdan isə 21 may 2021-ci il tarixli bəyənnamə əsasında 16 fevral 2024-cü il tarixdə DGK-nın sistemində bəyan edilməsi göstərilmişdir. Buradan da görünür ki, iş üzrə Elman Yusifov xaricə köçürdüyü valyuta məbləğində malı Azərbaycan Respublikasına gətirmiş, lakin müvəkkil bank tərəfindən vaxtında bəyan edilmədiyinə görə müvafiq anlaşılmazlıq baş vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, ümumiyyətlə inzibati xəta hadisəsi baş verməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayət ərizəsi qismən təmin edilməlidir. Belə ki, X2 məhkəməyə ərizə ilə müraciət edərkən, eləcə də məhkəmə iclasında “inizbati xəta haqqında qərara xitam verilməsini” xahiş etmişdir. Lakin qanunvericlikdə qərara xitam verilməsi halı nəzərdə tutulmur. Qanununvericiliklə bu halın müəyyən edilməməsini, həmçinin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslarının olmamasını məhkəmə əsas götürür. Məhkəmə eyni zamanda X1 "xxxx" ASC-yə təqdim etdiyi gömrük bəyannaməsinin vaxtını dəqiq olaraq müəyyən edə bilməmişdir. "xxxx" ASC tərəfindən malın ölkəyə daxil olan gömrük bəyannaməsinin 16 fevral 2024-cü il tarixdə sistemdə bəyan edilməsinin kimin təqsiri ucbatından müəyyən edilməsi mümkün olmamışdır. Qanunvericilik isə inzibati məsuliyətə cəlb olunması barədə şübhələrin onun xeyrinə həll edilməsini təqsirsizlik prezumpsiyasının əsası kimi müəyyən edir. Ona görə də məhkəmə X1 şikayətini qismən təmin edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni qanuni və əsaslı hesab edir. Bu nəticəyə gələrkən məhkəmə inzibati qanunvericiliyin ümumi prinsipini rəhbər tutur. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48, 53, 109, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar