Məhkəmə qərarları › İş №3(062)-154/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-154/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-154/2025 26.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, İnzibati təhbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemində göstərilən xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli TP ******* saylı, xx.xx.2025-ci il tarixli TP ******* saylı, xx.xx.2025-ci il tarixli TP ******* saylı, xx.xx.2025-ci il tarixli TP ******* saylı və xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan barəsində qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemində göstərilən xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli TP ******* saylı, xx.xx.2025-ci il tarixli TP ******* saylı, xx.xx.2025-ci il tarixli TP ******* saylı, xx.xx.2025-ci il tarixli TP ******* saylı və xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi, barəsində yazılmış cərimənin və cərimə balının silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində DİN-in Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli EQ 25909524 saylı inzibati xəta haqqında protokol üzrə xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında qərar çıxarılmış, o 50 manat məbləğində cərimə edilmiş və barəsində 2 cərimə balı tətbiq edilmişdir. Həmin cərimə balı ilə onun əvvəllər toplanılmış 18 balı cəmlənərək 20 bal olmuş, avtomatik olaraq sürücülük hüququ məhdudlaşdırılmışdır. Bundan xəbərsiz olmuş və barəsində eyni qaydada, yəni qərarı real vaxt rejimində tərtib edilmədən xx.xx.2025-ci il tarixli İXP ******* saylı elektron protokol üzrə xx.xx.2025-ci il tarixli TP ******* saylı elektron qərar, xx.xx.2025-ci il tarixli İXP ******* saylı elektron protokol üzrə xx.xx.2025-ci il tarixli TP ******* saylı elektron qərar, xx.xx.2025-ci il tarixli İXP ******* saylı elektron protokol üzrə xx.xx.2025-ci il tarixli TP ******* saylı elektron qərar, xx.xx.2025-ci il tarixli İXP ******* saylı elektron protokol üzrə xx.xx.2025-ci il tarixli TP ******* saylı elektron qərar və xx.xx.2025-ci il tarixli EQ 26174510 saylı elektron protokol üzrə xx.xx.2025-ci il tarixli elektron qərar çıxarılmışdır. Hesab edir ki, həmin qərarlar qanunsuz və əsassızdır. İnzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş, sonrakı qərarlar əvvəlkindən bilavasitə asılı qərarlardır. Belə ki, əvvəlki qərarla iki bal hesablanmış və onun toplam balı 20 bal olmuş, sürücülük hüququ məhdudlaşdırıldığından barəsində sonrakı protokollar tərtib edilmişdir. Lakin inzibati xəta haqqında qərarlar real vaxt rejimində tərtib edilməmişdir. Bütün qərarları xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətdə göstərilənlərə uyğun şəkildə izahat verərək, barəsində çıxarılmış qərarların ləğv edilməsinə, cərimə və cərimə balının silinməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək, şikayət vermiş şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərarlar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli elektron qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı elektron qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı elektron qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 332.3 və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı elektron qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı elektron qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli elektron qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84cü maddəsində qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mübahisələndirilən elektron qərarlardan görünür ki, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Təsadüfi deyildir ki, İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar əsasən inzibati xəta haqqında protokolda göstərilməlidir. Göstərilən normanın tələbinə əsasən məhkəmə hesab edir ki, həmin qərarlar üzrə yaranmış hüquqi nəticələrin qəbul edilməsi şəxsin əsassız olaraq məsuliyyətə cəlb edilməsinə gətirib çıxarar. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, inzibati xəta hadisələri xx.xx.2025-ci il tarixdə saat 10:58-də aşkar edilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə saat 15:58-də aşkar edilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə saat 17:03-də aşkar edilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə saat 16:43-də aşkar edilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə saat 17:27-də aşkar edilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə saat 20:27-də aşkar edilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və həmin tarixlərdə elektron kabinetə yerləşdirilmişdir. Nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi X2 tərəfindən inzibati xətalar törədilsə də, həmin xətalar aşkar edildiyi andan mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülməmişdir. Bu halda isə inzibati icraat başlana bilməz. Çünki, İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, Azər Rəhimov tərəfindən verilmiş şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərarlar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemində göstərilən X1 İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli, İXM-nin 332.3cü maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli TP ******* saylı, İXM-nin 332.3 və 342.6-cı maddələri ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli TP ******* saylı, İXM-nin 332.3-cü maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli TP ******* saylı, İXM-nin 332.3-cü maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli TP ******* saylı, İXM-nin 328.1 və 332.3-cü maddəsi ilə məsuliyyətət cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarlar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar