Məhkəmə qərarları › İş №3(062)-155/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-155/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-155/2024 26.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Protokol tərtib etmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X1 etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə xx.xx.1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Tovuz şəhəri S.Vurğun küçəsi ev 12, mənzil 6 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)- 259/2023 saylı icra sənədinin icra edilməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Tovuz rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X11 tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X11 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-259/2023 saylı icra vərəqəsinə əsasən Şəxs və X2 14000 manat borc məbləğini təşkil edən pul və 39780 manat dəyərində 612 qram çəkidə 583 əyarlı qızılların dəyəri olan pul vəsaiti, dövlət rüsumu hesabına ödənilmiş 251,34 manat pul müştərək qaydada tutularaq X6 verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclulara tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Hazırda borclu Şəxs icra sənədi üzrə olan borcundan heç bir ödəniş etməmişdir. Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-259/2023 saylı icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(062)-1068/2023 nömrəli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Buna baxmayaraq Şəxs cərimə olunduğu tarixdən bugünədək borcunu ödəməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-259/2023 nömrəli qərarının qüvvəyə mindiyi gündən Şəxs eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyinə görə sonuncu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-259/2023 saylı icra vərəqəsinə əsasən ondan və X2 14000 manat borc məbləğini təşkil edən pul və 39780 manat dəyərində 612 qram çəkidə 583 əyarlı qızılların dəyəri olan pul vəsaiti, dövlət rüsumu hesabına ödənilmiş 251,34 manat pul müştərək qaydada tutularaq X6 verilməsi qət edilmişdir. Hal-hazırda onun maddi imkanı aşağı olduğu üçün yaranmış borcunu ödəyə bilmir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında X1 etibarnamə üzrə nümayəndəsi X8 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ümumiyyətlə icra sənədi üzrə heç bir ödəniş etmir. Qərəzli olaraq borcunu ödəmir. Hazırda onun ciddi maddi sıxıntılar var. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-259/2023 saylı icra vərəqəsinə əsasən Şəxs və X2 14000 manat borc məbləğini təşkil edən pul və 39780 manat dəyərində 612 qram çəkidə 583 əyarlı qızılların dəyəri olan pul vəsaiti, dövlət rüsumu hesabına ödənilmiş 251,34 manat pul müştərək qaydada tutularaq X6 verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(062)-1068/2023 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X6 Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)- 259/2023 nömrəli icra sənədi üzrə olan borcunu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)- 259/2023 nömrəli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(062)-1068/2023 nömrəli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, həmin qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. Şəxs borcunu maddi imkanının olmadığına görə ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, şəxsiyyətini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar