Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-159/2024 27.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “X13 X10” MMC-də idman üzrə məşqçi-müəllim işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində X12 Xidmət mərkəzində xidmət aparan mühafizə polisinin əməkdaşı ilə mübahisə edərək ictimai qaydanı pozmuş, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş X5 inzibati xəta haqda tərtib edilmiş protokola uyğun olaraq izahat verərək göstərdi ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində X12 Xidmət mərkəzində xidmət aparan polis əməkdaşı ilə mübahisə edərək ictimai qaydanı pozmuş, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək və məlindən peşman olaraq bildirdi ki, 26 fevral 2024-cü ildə, günorta saat 4 radələrində dostu ilə birlikdə Tovuz “ASAN xidmət mərkəzinə getmiş, o xidmət yerinin gözləmə zalında dostunu gözləmişdir. Ola bilsin ki, bir az divanda oturuşuna diqqət etməmiş, ayaqlarını önə çox uzaltmışdır. Bu zaman polis əməkdaşı ona yaxınlaşmış və ondan normal oturmağını tələb etmişdir. Həmin polis əməkdaşı onunla kobud rəftar etdiyindən o da ona irad bildirmişdir. Sonra onu mühafizə otağına dəvət edəndə o polis əməkdaşını yüngülcə geriyə itələmişdir. Həmin vaxtı problemi olduğundan o bu hərəkətləri etmişdir. Odur ki, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qsmində izahat vermiş X3 izahatında göstərdi ki, o xx.xx.2024-cü ildə Tovuz rayon Əlibəyli kəndində xidmətə təyin edilmişdir. Xidmət zamanı saat 16:00 radələrində adını sonradan bildiyi Hafiz adlı şəxs mərkəzin gözləmə zalında ictimai yerdə etik qaydalara uyğun olmayan tərzdə oturduğundan ona təklif etmişdir ki, düzgün otursun. O isə ona təhqir edici sözlər işlətdi. O onu mərkəzin həyətinə dəvət etmək istəyəndə, o ona özünün xidməti otağına getməyi təklif etdi. O xidməti otaqda olan zaman Pərvin adlı polis əməkdaşının yanında onun üzərinə gələrək sinəsinə yumruq vurdu. Bu zaman Pərvin Hafizi sakitləşdirərək onu uzaqlaşdırdı. Məhkəmə iclasında şahid qsmində izahat vermiş X6 izahatında göstərdi ki, o xx.xx.2024-cü ildə X12 xidmət mərkəzində xidmətdə olarkən şöbənin MMX üzrə mühafizəçisi X1 xidmətdə olan zaman bir nəfər şəxsin onunla mübahisə etməsi, ona hədəqorxu gələrək nalayiq ifadələrlə onu söyüb təhqir etməsi barədə məlumat almışdır. O həmin yerə gedən zaman gördü ki, Hafiz adlı şəxs otaqda Nemətə güc göstərir. O ictimai yerdə Nemətlə Hafizin mübahisəsinin şahidi olmamışdır. "ASAN xidmət" Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəz olduğundan və regional əraziləri əhatə etdiyindən həmin Mərkəzin xidmətindən həm Tovuz rayonunun əhalisi, həm də əhatə etdiyi rayonların əhalisindən ibarət hər gün minlərlə insanlar istifadə edir. Həmin xidmətlərə müraciət edən şəxslərin rahatlığı da xidmətin başlıca fəaiyyət istiqamətlərindən biiridir.Yəni, bu orqanlara müraciət edən şəxslər özlərini təhlükəsiz və ətrafdakı insanlara münasibətdə güvənli hiss etməlidirlər. Fiziki tərbiyyə ilə məşğul olan, yəni idman müəllimi olan bir gəncin divanda ətrafdakılara məhəl qoymayaraq ədəb qaydalarına uyğun olmayan tərzdə Mərkəzin ictimai hissəsində əyləşməsi ətrafdakı şəxsləri narahat etməyə bilməzdi. Həmin şəxsin bu formada oturuşunu görən digər şəxslərin(qocalar, əlillər, növbə gözləyən digər şəxslərin) həmin divanda əyləşmək üçün çəkinmələri qaçılmazdır. Məhz bu halın rahatlığını pozmasından ehtiyat edən mühafizə polisi həmin şəsə yaxınlaşmaqla vəzifəsini icra etmişdir. Bir sözlə polis əməkdaşının həmin şəxsə yaxınlaşması qanuni olmuşdur. Məhkəmə iclasında video görüntülərə baxış keçirilərkən ətrafdakı insanların rahatlığının pozulması hiss edilir. Bu ictimai qaydanın pozulması, yəni xırda xuliqanlıq əməlinin törədilməsi deməkdir. Eyni zamanda göründüyü kimi mübahisə mühafizə otağı adlanan yerdə də davam edir və bu zaman Hafiz onların arasına girmiş digər şəxsi itələyərək polis əməkdaşına fiziki güc göstərir. Halbuki, Polis haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ-İİİ hissələrinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərəkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşlarının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə göstərir ki, Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və ictimai qaydanı mühafizə edən polis əməkdaşının ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları ilə öz təsdiqin tapır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də X4 adıçəkilən Məcəllənin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İnzibati Xətalar Məcəlləsinin daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, barəsində inzibati həbs tətbiq etməklə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə ona görə bu qənaətdədir ki, Şəxs polis əməkdaşlarından ibarət çox saylı dostları vardır ki, onların əksəriyyəti məhkəmə iclas zalında məhz ona görə əyləşmişlər. Məhkəmə qeyd edir ki, Şəxs idmançı olmaqla məhz polis əməkdaşlarından ibarət dostlarına olan arxayınçılığından dolayı hüquqa zidd əməllər törətmiş və polislərdən ibarət dostlarına güvənərək məsuliyyətdən yaxa qurtaracağını zənn etmişdir. Ona görə də həbs növündə tənbehin verilməsi onun kənar şəxslərin köməkliyi ilə bağlı ümidinin ölməsinə və bununla da onun islah yoluna qədəm qoymasına xidmət etmiş olacaqdı. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati qaydada həbs edilməsinin əvvəli 27 fevral 2024-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Tovuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-159/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-159/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver