Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-161/2025 21.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, X2 iclas katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi polis kapitanı X4, şahidlər X3 və X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Tovuz rayonu Hunanlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Hunanlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz RPŞ Qovlar PB-dən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ Qovlar PB-nin sahə rəisi, polis kapitanı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Tovuz RPŞ Qovlar PB-nin sahə rəisi, polis kaptanı X8 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində X9rşısında ucadan nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları tərəfindən nizamintizama dəvət edilsədə, polisin qanuni göstərişinə tabe olmamışdır. Daha sonra Şəxs inzibati qaydada tutulub və barəsində protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirmişdir ki, Tovuz RPŞ-nin Qovlar PB-nin leytenantıdır. xx.xx.2025-ci il tarixdə xidməti otağında olarkən küçədə səs-küy olduğunu eşidərək polis bölməsinin qarşısına çıxıb. Şəxs ucadan nalayiq ifadələr səsləndirdiyini görüb, polis əməkdaşı X10 ilə onu nizam-intizama dəvət ediblər, lakin Şəxs polisin qanuni göstərişinə tabe olmayaraq öz hərəkətlərinə davam etdirib. Daha sonra isə Şəxs polis bölməsinə aparılıb. Əlavə olaraq şahid X6 bildirdi ki, inzibati xətanın baş verdiyi yerdə kollec yerləşir və həmin vaxt kollecin qarşısında çox sayda tələbə var idi. Məhkəmə iclasında digər şahid X10 izahat verərək bildirmişdir ki, Tovuz RPŞ-nin Qovlar PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantıdır. Qeyd edir ki, Qovlar şəhər sakini X7 18 baş iri buynuzlu heyvanının oğurlanması ilə əlaqədar icraatında iş var. xx.xx.2025-ci il tarixdə materialın icrası ilə əlaqədar olaraq Tovuz rayon Hunanlar kənd sakini Şəxs zəng edərək onu polis bölməsinə dəvət edib. Polis bölməsində ona oğurluq faktı ilə əlaqədar müxtəlif suallar verdikdən sonra söhbət edərək sonuncunu yola salıb. Daha sonra X1 səs-küy olduğunu eşidərək polis bölməsinin qarşısına çıxıb və Şəxs ucadan nalayiq ifadələr işlətdiyini görüb. Onu polis əməkdaşı X6 ilə nizam-intizama dəvət etsədə, o, polisin qanuni göstərişinə tabe olmamış və inzibati xəta tərkibi yaradan qeyriqanuni hərəkətinə davam etdirmişdir. Buna görədə Şəxs polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Əlavə olaraq şahid X10 bildirdi ki, inzibati xətanın baş verdiyi yerdə kollec yerləşir və həmin vaxt kollecin qarşısında çox sayda tələbə var idi. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparaılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Tovuz RPŞ-nin Qovlar PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X10 tərəfindən polis bölməsinə çağırılıb. Polis bölməsinə getdikdən sonra, X10 Qovlar şəhər sakini X7 heyvanlarının oğurlanması ilə əlaqədar Şəxs müxtəlif suallar verib. Polis bölməsindən çıxandan sonra Şəxs az əvvəl ona verilən sualları yadına salaraq əsəbləşib polis bölməsinin qarşısında ucadan nalayiq ifadələr səsləndirməyə başlayıb. Polis əməkdaşlarının onu sakitləşmək və nizam-intizama əməl etmək göstərişlərinə tabe olmayıb inzibati xəta yaradan əməllərinə davam etdirmiş və daha sonra polis bölməsinə aparılmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş sahə rəisini, şahid ifadələrini, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində inzibati həbs edilsin Şəxs inzibati həbsə alınmasının əvvəli 21 fevral 2025-ci il tarixdən, saat 15:30-dan hesablansın Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-161/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-161/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver