Məhkəmə qərarları › İş №3(062)-18/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-18/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-18/2024 09.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzbati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzbati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-520/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 30 aprel 2003-cü ildə anadan olmuş Muraz və 01 may 2005-ci ildə anadan olmuş Şəfa adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat alimentin alınaraq X2 verilməsi qət edilməsinə və uşaqları hazırda yetkinlik yaşına çatmasına baxmayaraq Şəxs icra sənədi üzrə borcunu icra məmurunun müəyyən etdiyi müddətdə yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, 2(062)-520/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 30 aprel 2003-cü ildə anadan olmuş Muraz və 01 may 2005-ci ildə anadan olmuş Şəfa adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat alimentin alınaraq X2 verilməsi barədə icra vərəqəsinin tam ödənilməsindən imtina etmişdir. Belə ki, son hesablamaya əsasən Şəxs borcu 2030 manat təşkil edir. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq uşaqlar yetkinlik yaşına çatsa da borcunu tam şəkildə ödəməmişdir. Şəxs barəsində 07 avqust 2023-cü ildə də Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və Şəxs inzibati qaydada həbs olunmuşdur. Hazırda Şəxs borcunu tam ödəmədiyi üçün onun barəsində protokol tərtib etmişdir. 2024-cü il olduğuna görə yenidən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Uşaqlar yetkinlik yaşına çatmışdır. Borcunu birdən ödəyə bilməz. Əvvəllər inzbati məsuliyyətə cəlb olunmuş və ondan sonra borcundan ümumilikdə 150 manat ödəniş etmişdir. Əvvəllər 08 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Maddi imkanı olmadığı üçün borcundan ödəniş edə bilməmişdir. Vaxt verilərsə borcunu ödəyə bilər. Hazırda maddi imkanı yoxdur. Heç bir yerdə işləmir. İmkanı olan kimi borcunu ödəyəcək. Vaxt verilərsə borcundan hissə-hissə ödəniş edə bilər. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzbati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati materiala əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərarı ilə də müəyyən olunur ki, Şəxs 07 avqust 2023-cü ildə həmin icra sənədi üzrə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərarın qüvvəyə minməsindən isə bir il keçməmişdir. Bu hal onu deməyə əsas verir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tənbeh olmuş şəxs Şəxs əməlində təkrarən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nıəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar