Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-18/2025 07.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ Qovlar PB-nin sahə rəisi polis leytenantı X1 Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əlilliyi olmayan, deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs- Haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Tovuz Rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə Tovuz rayonu Əyyublu kəndində həmkəndlisi X3 ilə yaranmış münaqişə zəminində onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Faktla bağlı 07 yanvar 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində törətdiyi xətanı etiraf etməyərək göstərdi ki, Samir həmkəndlisidir. Aralarında münasibət daim yaxşı olmuş heç bir ədavət və düşmənçilikləri olmamışdır. 02 iyul 2024-cü il tarixdən özünə məxsus olan torpaq sahəsini suvarmağa başlamışdır, lakin su az olduğuna görə 07 iyul 2024-cü il tarixədək su suvarması davam etmişdir. Həmin gün həmkəndlisi Samir müəllim onun torpaq sahəsinin yaxınlığına gələrək atası Tofiqə suyun onun həyətinə axmasını demişdir. Atası Tofiq də ona zəng edərək Samir müəllimin onların torpaq sahələrinin yaxınlığına gəlməsini və suyun onun həyətinə axmasını bildirdiyini ona demişdir. Atsının zəng etməsinə görə əkin sahəsinə yaxınalşmışdır. Həmin vaxt Samir onun videosunu çəkməyə başlamışdır. Samirin onun videosunu çəkməsinə əsəbləşərək ona bir dəfə əli ilə vurmuşdur. Polisdə olanda Samir gah bildirmişdir ki, həm atam həm də mən birləşərək onu döymüşük. Gah da başqa cür demişdir. Artıq onu bir neçə ay bundan qabaq çağıranda da o polisdə bildirmişdir ki, o heç kimi vurmamışdır. Yenidən Samir ondan şikayət etdiyinə görə polislər məhkəməyə gətirmişdir. Keçən müddət ərzində o kənddə olmuşdur. Kənddən heç bir yerə getməmişdir. O Samiri vurmamışdır. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi ifadəsində göstədi ki, Əyyublu kənd bir saylı tam orta məktəbində riyaziyyat müəllimi işləyir. Barəsində şaikyət etdiyi şəxslər Tofiq Mirzəyev və Şəxs həmkəndliləridir. 07 iyul 2024-cü il tarixdə özünə məxsus olan torpaq sahəsində yetişdirdiyi xurma ağaclarını suvarmaq üçün bağına getmişdir. Həmin gün suvarma edən zaman suyun azalmasını görmüşdür. Bu səbəbdən suyun gəlməsinə nəzarət etmək üçün bağından su arxına tərəf getmişdir. Həmin vaxt suyunu həmkəndlisi Tofiq Mirzəyevin kəsməsini görmüşdür. Tofiqə iradını bildirərək suyu nəyə görə kəsdiyini soruşmuşdur. Lakin Tofiq ona heç bir məhəl qoymamışdır. Bu zaman o su işinə baxan Asifə zəng vurmuşdur. Asif telefonla danışan zaman Tofiqə izah etmişdir ki, su bu gün onun torpaq sahəsinə axmalıdır. Sonra Tofiq su işçisinə də söyüş söyərək suyun özünün torpaq sahəsinə axacağını demişdir. Sonra əlində olan yaba ilə onun ayağına zərbə endirmişdir. Bundan sonra o polisə şikayət etdikdən sonra Tofiqin oğlu ora gələrək heç bir söz demədən sağ üz nahiyəsinə və göz altı nahiyəsinə zərbə vurmuşdur. İşə əlavə edilmiş 17 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 18 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardadından görünür ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. İşdə olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında MN №0088631 saylı qərardan görünür ki, 16 avqust 2024-cü il tarixdə Şəxs barəsində inzibati icraat dayandırılmışdır. Məhkəmənin təşəbbüsü ilə sorğu nəticəsində əldə edilmiş cavab məktubundan görünür ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar Tovuz rayon prokurorluğuna daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, iş materiallraını araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi sağlamlıq əleyhinə olan xətadır və həmin xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunaraq cəzalandırılması üçün müəyyən olunmuş müddət dörd aydır. İş materiallarından görünür ki, inzibati xətanın törədildiyi xx.xx.2024-cü il tarixdən dörd aydan artıq vaxt keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 104.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə İnzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırılır. Həmin Məcəllənin 104.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxs 48 saat ərzində həmin qərarın surətini müvafiq prokurora göndərməlidir. Həmin Məcəllənin 104.5-ci maddəsinə əsasən prokuror inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı aldığı vaxtdan bir ay müddətində həmin qərarın qəbul edilməsində bu Məcəllənin 104.1-ci maddəsinin tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin yoxlama ilə əlaqədar prokuror müvafiq qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında iş üzrə icraatın materiallarını tələb etdikdə, materiallar bir gün ərzində prokurora təqdim edilməlidir. İş materillarında olan 16 avqust 2024-cü il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması görünsə də məhkəmə araşdırması zamanı həmin qərarın formal olaraq işə əlavə edildiyi, dayandırma barədə heç bir hərəkət aparılmadığı müəyyən edilmişdir. Belə ki, Tovuz rayon prokurorluğuna verilmiş sorğuya alınmış cavabdan görünür ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında qərar Tovuz rayon prokurorluğuna daxil olmamışdır. Eyni zamanda Şəxs məhkəmə iclasında izahatında kənddə olduğunu bildirmiş, onu polisə yalnız məhkəməyə gətirildiyi gün çağırıldığını bildirmişdir. Həmçinin məhkəmə araşdırması zamanı protokol tərtib etmiş şəxs Şəxs axtarılması barədə heç bir hərəkət olmadığını bildirmişdir. Məhkəmə yuxarıda göstərilən hallara obyektiv qiymət verərək hesab edir ki, iş materiallarına əlavə edilmiş dayandırma qərarı formal olaraq tərtib edilərək işə əlavə edilməsi müəyyən olunur. Bu səbəbdən də dayandırma barədə prokurora məlumat verilməmiş, axtarış hərəkətləri aparılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, dayandırma yalnız ötürülmüş müddəti ört-basdır etmək məqsədilə formal tərtib olunmuşdur. Odur ki, mövcud inzibati xəta haqqında iş üzrə icraata müddətin keçməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48, 53, 109, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6cı maddəsinə əsasən İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatması əsası ilə xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-18/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-18/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver