Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-184/2025 02.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 24 fevral 2025-ci il tarixli EQ 26273257 saylı qərardan şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 24 fevral 2025-ci il tarixli EQ 26273257 saylı qərar əsasında 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 24 fevral 2025-ci il tarixli EQ 26273257 saylı inzibati xəta haqqında qərarın ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında verdyi ifadəsində göstərdi ki, barəsində DİN-in mərkəzi informasiya sistemi tərəfindən 24 fevral 2025-ci il tarixli EQ 26273257 saylı inzibati xəta haqqında elektron qərar çıxarılmış və 100 manat miqdarında cərimə edilmişdir. Eyni zamanda həmin inzibati xətaya görə 3 cərimə balı tətbiq edilmişdir. İnzibati xəta haqqında protokolda və qərarda guya onun nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. Əslində isə o nizamlanan yolayrcısına daxil olarkən svetoforun icazə siqnalı yanılı olmuşdur. Yəni yaşıl işıqda yolayrıcısına daxil olmuşdur. O daxil olan ərəfədə isə xəbərdaredici işıq yəni sarı işıq yanmışdır. Bu səbəbdən də o hərəkəti davam etdirmişdir. O yolayrıcına daxil olduqdan sonra isə yol kəsişməsinin çıxış hissəsində nizamlayıcıın qırmızı işığı yanmışdır. Belə olan halda onun cərimə edilməsinə heç bir əsas yoxdur. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş məhkəmənin təşəbbüsü ilə sorğu nəticəsində əldə edilmiş X5 barəsində tərətib olunmuş EQ 26273257 saylı inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş görüntünün və ya video materialın məhkəməyə təqdim olunması barədə sorğu verilmiş və qərarın qəbulu üçün əsas olmuş videogörüntü məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında sorğu nəticəsində əldə olunmuş görüntü şikayətçı X4 göstərildikdən sonra o ola bilsin fikirli olmasını işığın qadağa siqnalına fikir vermədiyini bildirdi. Məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Həmin görüntüdən açıq-aydın görünür ki, ərizəçinin idarə etdiyi Mercedes minik markalı **-EX-*** qeydiyyat nişanlı avtomobil işıqforun qadağanedici qırmızı işığı yandıqdan 8 saniyə sonra yolayrıcına daxil olaraq hərəkətini davam etdirmişdir. Məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır. X5 tərəfindən törədilmiş yol hərəkət qaydasının pozuntusu yəni onun işıqforun qadağan siqnalında yəni qırmızı işıqda yol hərəkət qaydalarının tələbini pozmaqla yolayrıcında hərəkəti davam etdirmişdir. Məhkəmə iş materillarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 24 fevral 2025-ci il tarixli EQ 26273257 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır və şikayətin təmin olunması üçün əsaslar mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 114- 115, 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 24 fevral 2025-ci il tarixli EQ 26273257 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün muddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-184/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-184/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver