Məhkəmə qərarları › İş №3(062)-185/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-185/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-185/2024 15.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, Tovuz RPŞ-nin İTB-nin XÜ baş inspektoru polis leytenantı X1 xx.xx.1996-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, subay, orta təhsilli, işsiz, Tovuz rayonu Ağdam kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala Tovuz rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs müvafiq icra hakimiyyəti orqanından icazə olmadan qanunsuz bir ədəd 16 kalibrli, çaxmaqlı, hamar tək lüləli yivsiz ov tüfəngini saxlamışdır. Tovuz Rayon Polis Şöbəsinin 08 fevral 2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Tovuz RPŞ İTB-nin XÜ baş inspektoru sahə rəisi polis leytenantı X3 qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir Məhkəmə işə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 08 fevral 2024-cü il tarixli Tovuz RPŞ-nin TBnin təhqiqatçısı X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Tovuz RPŞ-nin aidiyyatı əməkdaşına həvalə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, ibtidai araşdırma aparılarkən verdiyi izahat və digər sübutlarla təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alır. İşə əlavə olunmuş 08 fevral 2024-cü il tarixli Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı X4 tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs bir ədəd 16 kalibrli, çaxmaqlı, hamar tək lüləli yivsiz ov tüfəngi maddi sübut kimi götürlümüşdür. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə göstərilən halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri kimi cərimə tətbiq olunmasını qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 31, 40, 43, 48, 84, 112, 114, 129-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-cı maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilsin və bir ədəd 16 kalibrli, çaxmaqlı, hamar tək lüləli yivsiz ov tüfəngi müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar