Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-193/2023 28.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, özünün deməsinə görə məhkumluğu olmayan, işsiz, əlilliyi olmayan, Şəmkir rayonu Sabirkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Ford Transit” yük markalı ** DJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 333.1 və 333.3-cü maddələri nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, protokol məhkəməyə göndərilsə də, həmin protokolda törədilmiş İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333.3-cü maddələri məhkəmənin səlahiyyətinə aiddir. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cümaddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsivə eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxsin törətdiyi İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində olan inzibati xətalar həmin Məcəlləyə müvafiq olaraq məhkəmənin səlahiyyətinə aiddir. Ona görə də həmin maddələrdə qeyd olunan inzibati xətalar üzrə məhkəmə tərəfindən hüquqi dəyərləndirmə aparılır. Məhkəmə iclasında Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X5 inzibati xəta haqqında protokola uyğun izahat verərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, inzibati xəta törətmiş şəxs xx.xx.2023-cü il tarixdə də İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 333.1-ci maddəsinin sanksiyası daxilində 400 manat məbləğdə cərimə edilmişdir. Bir sözlə barəsində inzibati icraat aparılan şəxs mütəmadi olaraq içkili halda nəqliyyat vasitəsi idarə edir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Transit” yük markalı ** DJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Şəmkir rayonundan dostları ilə birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən adını bilmədiyi kafeyə gedib yeyib içmişlər. Həmin vaxt spirtli içki qəbul etmişdir. Kafedən çıxan zaman Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşadığı Şəmkir rayouna getmək istəyən zaman avtomobili hərəkətə gətirib arxa-arxaya manevr edəndə avtomobilin arxasında dayanmış vəziyyətdə olan “Kio Rio” minik markalı ** FK *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini qabağ hissəsindən vurmuşdur. Bundan xəbəri olmamış və maşını idarə edərək sürüb getmişdir. Sonradan arxadan markasını və nömrəsini görə bilmdəyi nəqliyyat vasitəsinin işıqlarının yanıb söndüyünü görmüş, lakin avtomobili saxlamamışdır. Həmin nəqliyyat vasitəsini idarə edən şəxs avtomobili saxlamadığı üçün onun sağına-soluna keçərək manevr etmişdir. X9 Bölməsinə gedib hadisə barədə məlumat vermişdir. Mütəmadi olaraq spirtli içki qəbul edərək avtomobil idarə edir. Hazırda əməlindən peşmandır. Odur ki, yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində etibaranmə və sürücülük hüququ olmadan atası X1 etibarnamə əsasında idarə etdiyi “Kio Rio” minik markalı ** FK *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini atasının xəbəri olmadan yaşadığı ünvandan Tovuz rayonu,Aşağı Quşçu kəndində yerləşən kafeyə dostlarıyla birlikdə gedib avtomobili kafenin qarşısında saxlamışdır. Kafedə olan vaxtı avtomobillərin toqquşma səsini eşidib çölə çıxanda görmüşdür ki, “Ford Transıt” yük markalı ** DJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobili axra-arxaya venb idarə etdiyi avtomobilin qabağ hissəsindən vurmuşdur. Həmin vaxt sonradan adını bildiyi “Ford Transıt” yük markalı ** DJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs hadisə törətdiyini özü də görmüşdür. Lakin içkili olduğu üçün özü bilərəkdən hadisə yerindən qaçmışdır. Arxası ilə maşınla düşərək ondan nqəliyyat vasitəsini dayandırmağı tələb etsələr də, dayanmamış və polis bölməsinə getmişdir. Hazırda şikayətçi olmada belə avtomobilinin düzəltdirilməsini tələb edir. Avtomobilə 2360 manat məbləğdə ziyan dəymişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 333.1 və 333.3 maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində qeyd olunmuşdur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.3-cü maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialları ilə müəyyən edilir ki, Şəxs istifadəsində olan “Ford Transit” yük markalı ** DJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən “Kio Rio” minik markalı ** FK *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini qabağ hissədən vurmuşdur. Nəticədə “Kio Rio” minik markalı ** FK *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə 2360 manat məbləğdə ziyan dəymişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. Məhkəməyə bu yanaşmaya gəlməyə əsas verən odur ki, Şəxs mütəmadi olaraq sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edir. Hazırki icraatın başlanmasına əsas olmuş hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş, lakin adıçəkilən şəxs bundan nəticə çıxarmamış və xx.xx.2023-cü il tarixdə də İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 333.1-ci maddəsinin sanksiyası daxilində 400 manat məbləğdə cərimə edilmişdir. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxs tərəfindən sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etmək adət halını almışdır. Ona görə də onun qanunların ruhunda tərbiyə olunmasının yolu inzibati tənbeh növü kimi barəsində həbsin seçilməsindən keçir. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin normaya əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Eyni zamanda onun inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli 28 fevrtal 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Tovuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər
Məhkəmə qərarları › İş №3(062)-193/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-193/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver