Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-194/2024 12.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yusifov Elnur Gündüz oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1980-ci il tarixdə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “Aztelekom” Telekommunukasiya Qovşağında debütor mühəndis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Tovuz Rayon Məhkəməsinin inzibati binasında uca səslə danışaraq məhkəmənin iş rejimini pozmuş və orada olan polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X6 protokola uyğun izahat verərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Tovuz Rayon Məhkəməsinin inzibati binasında və həyətində iş vaxtı məhkəmənin iş rejimini pozmuş və orada olan polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Ona görə də bu barədə müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı etiraf etməyərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində barəsində olan inzibati protokola baxılması üçün Tovuz Rayon Məhkəməsində olmuş və qərar qəbul edilərək 200 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bundan sonra o iş yerindən icazə alıb çıxaraq saat 14:45-də həmin məhkəmə iclasının videoçəkilişini götürmək üçün Tovuz Rayon Məhkəməsinə getmiş, videoçəkilişin götürülməsinə icazə olmadığını öyrəndikdən sonra ərizə yazaraq sadəcə görüntüyə baxmaq istəmişdir. O məhkəmə iclas zalındakı monitordan əvvəlki məhkəmə işlərinin video görüntülərini çəkməmişdir. Bu zaman polis işçisi səsə gəlmiş və sadəcə biri-birlərini başa düşə bilmədiklərindən səs-küy yaranmışdır. Əgər məhkəmə işçisi desə idi ki, get 5 gündən sonra gəl işlə tanış ol, o ona riayət edərək gedərdi. Ya da ki, onu işlə tanış edən məhkəmə işçisiona deyərdi ki, içəridə insanlar var, sakitliyə riayət etsin. Əgər o, o hərəkətləri edibsə o zaman məhkəmənin həyətində və zalda olan video görüntülərin çıxarılmasını tələb edir. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, o, mühafizə polisi olmaqla Tovuz Rayon Məhkəməsində xidmət edir. xx.xx.2024-cü il tarixdə məhkəmədə xidmətdə olarkən Şəxs ona yaxınlaşmış, o məhkəmə işçisinə bu barədə məlumat vermişdir. Şəxs zala daxil olaraq məhkəmə işçisi ilə birlikdə işi ilə bağlı məhkəmə iclasının video görüntüləri ilə tanış olmuşdur. Bu barədə o səs-küy eşitmiş və məhkəmə zalına getmişdir. Gedəndə görmüşdür ki, Şəxs çəkiliş apararaq kiminsə telefonuna göndərir. Məhkəmənin inzibati binasında başqa polis əməkdaşı, digər vətəndaşlar var idi. Aybənizi nizam-intizama dəvət etsə də, o tabesizlik göstərirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o Şəxs dünən məhkəmədə görmüş və tanımışdır. O məhkəməyə nikahın pozulmasıhaqqında çıxarış almaq üçün gəlmişdir. Həmin vaxtı o məhkəmə iclas zalına daxil olmuş və görmüşdür ki, Aybəniz monitorda video görüntülərə baxır. O telefonunun üzərini kağızla örtərək səslər yazırdı. Aybənizdən polis əməkdaşı telefonunu istəyəndə o telefonu verməkdən imtina etdi. Aybənizlə polis əməkdaşı arasında mübahisə 5-10 dəqiqə çəkərdi. Aybəniz isə yarım saatdan çox olardı ki, video görüntülərlə tanış olurdu. Məhkəmə iclas zalında 5-6 nəfər var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərdi ki, o, Tovuz rayon Polis Şöbəsinin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Tovuz Rayon Məhkəməsinə inzibati material gətirmiş və həmin işə baxılması ilə əlaqədar məhkəmədə olmuşdur. Məhkəmənin binasının dəhlizində olarkən zaldan səs gəldiyini eşitmiş və o zala daxil olmuşdur. Aybəniz xanım komputerin monitorundan video görüntünü çəkmək istəmiş, bu zaman məhkəmə işçisi buna icazəolmadığını bildirmiş və polis əməkdaşını kömək üçün çağırmışdır. Mühafizə polisi Aybəniz xanımı nizam-intizama dəvət etsə də o buna məhəl qoymamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və X10, X14, X13, X4, X5, X11, X7, X15, X16 və X2 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Şəxs məhkəmə iclas zalına daxil olaraq məhkəmənin iş rejimini pozmuş və məhkəmədə olan insanların içərisində xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmənin mühafizəçisinin və məhkəməyə inzibati xəta haqqında protokol gətirmiş polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında iştirak edən şahidlərin izahatlarından da görünür ki, Şəxs insanların toplaşdığı məkanda xırda xuliqanlıq etmiş, yəni lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə müşayət edilməyən hərəkətlərə yol vermiş¸ bununla bağlı məhkəmədə ictimai qaydanı mühafizə edən mühafizə polisinin əməkdaşının qanuni tələbinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirmişdir. Məhkəmə aktda adları çəkilən digər şəxslərin öz işlərinə baxıldıqdan sonra məhkəmədə baş vermiş mövcud hadisə ilə bağlı sonradan onları şahid qismində də məhkəməyə dəvət etmək onlarda məhkəməyə güvənsizlik formalaşdıran ahlkimi səciyyələnməlidir. Ona görə də məhkəmə digər şəxslərin izahatlarının alınmasını zəruri hesab etməmiş və məhkəmə iclasında 3 nəfər şahidin izahatının alınması ilə kifayətlənmişdir. Məhkəmə iclası zamanı məhkəmənin binasında bu 3 nəfərdən başqa digər şəxslərin olmamasını Şəxs mübahisələndirməmiş və o şəxslərin məhkəməyə dəvət edilməsini də xahiş etməmişdir. Məhkəmə iclas boyunca Şəxs şahidlərin verdikləri izahatla razı olmayaraq məhkəmə binasındakı kameraların görüntüləri barədə dəfələrlə vəsatətlər vermişdir. Halbuki, məhkəmə iclasında izahat vermiş şəxslərin izahatlarını şübhə altına alan hər hansı hallara Şəxs istinad etməmişdir. Şəxs ona görə məhkəmənin binasındakı kameranın video görüntülərini tələb edir ki, o əmindir ki, məhkəmənin həyətindəki video kamera işləmir və görtüntüləri qeydə almır. Çünki Şəxs üçün məhkəmənin inzibati binası yad deyildir. Məhkəmə qeyd edir ki, Şəxs Tovuz Rayon Məhkəməsinin inzibati binasına daxil olması onun 11 mart 2024-cü ildə İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə məhkəmə iclasının protokolu ilə tanış olması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 113.4-cü maddəsinə əsasən protokol inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas qurtardıqdan sonra 5 gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır. İclas bitdikdən iki saat sonra məhkəməyə müraciət etmiş Şəxs xahişi nəzərə alınaraq protokol saat 15:00-a dək tərtib edilmiş və Şəxs təqdim edilmiş, daha sonra o audio və video yazı ilə tanış olmaq istəmişdir. Onun bu xahişi də təmin edilmiş və məhkəmə iclas zalında ona şərait yaradılaraq məhkəmə iclasının audi-video yazısı ilə tanış olmuşdur. Bir sözlə onun məhkəməyə əl çatımlığı ilə bağlı bütün xahişləri təmin edilmişdir. Belə olduğu halda onun məhkəmə iclasından sonra əlavə çəkilişlər etməsi, onu kənar şəxslərə göndərmək istəyi və buna irad bildirən məhkəmə işçisinin xahişinə məhəl qoymayaraq səs-küy salması, bu zaman polis əməkdaşının da qanuni tələbinə tabe olmaması Şəxs hərəkətlərindəki qərəzdən xəbər verir. Halbu ki, o həmin gün başqa işlə bağlı İXM-nin 510.1 və 535.1-ci maddəsi ilə də eyni xarakterli hərəkətləri etməyə görə məsuliyyətə cəlb edilərək cərimə edilmiş, o həmin tənbehdən də nəticə çıxarmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin həyətində, məhkəmənin iclas zallarında edilmiş hüquqa-zidd hərəkətlər məhkəməyə və ədalət mühakiməsinə edilmiş hörmətsizlikdir. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması,təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur. Məhkəmə onu da qeyd edir ki, baxılmış işlərdən də görünür ki, son zamanlar Tovuz rayon ərazisində “hüquqi xidmət”adı altında dolayı yolla məhkəmə və hüquq mühafizə orqanlarının işinə müdaxilə etməyi qarşılarına məqsəd qoymuş şəxslərin sayı çoxalmışdır. Ona görə də məhkəmə hesab edir ki, bu istiqamətdə inzibati tədbirlərin görülməsi də qaçılmaz olmalıdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs adıçəkilən Məcəllənin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İnzibati Xətalar Məcəlləsinin daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs həmin gün ona verilmiş cərimə növündə inzibati tənbehdən nəticə çıxarmadığını, o hər hansısəbəb olmadan hüquqa zidd hərəkətləri etməsini və uzun müddət davam etdirməsini, son zamanlar Tovuz rayon ərazisində “hüquqi xidmət”adı altında dolayı yolla məhkəmə və hüquq mühafizə orqanlarının işinə müdaxilə etməyi qarşılarına məqsəd qoymuş şəxslərin sayının çoxalmasını, həmin şəxslərin əsasən sərt inzibati tənbehə məruz qalmaq ehtimalı az olan şəxslərin köməyindən istifadə edilməklə həyata keçirilməsini nəzərə alaraq hesab edir ki, həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati qaydada həbs etmənin əvvəli 12 mart 2024-cü il tarixdən, saat 10:00dan hesablansın. Qərаrın icrаsı Tovuz rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-194/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-194/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver