Məhkəmə qərarları › İş №3(062)-199/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-199/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-199/2025 06.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Protokol tərtib etmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə xx.xx.1984-cü ildə Tovuz rayonu Çobansıxnaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Çobansıxnaq kəndində qeydiyyatda olan və yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-250/2023 saylı icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Tovuz rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-250/2023 saylı icra sənədinə əsasən, 17 noyabr 2022-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu ildə anadan olmuş Aytac, xx.xx.2013-cü ildə anadan olmuş Aliyə və xx.xx.2017-ci ildə anadan olmuş Ayhan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X3 X1 xeyrinə hər ay bir uşaq üçün 130 manat, cəmi 390 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Hazırda borclu Araz Ağakişiyevin icra sənədi üzrə borcu 6995 manat təşkil edir. X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-250/2023 saylı icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Buna baxmayaraq X6 həmin tarixdən bu vaxta kimi aliment borcunu ödəməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-674/2024 nömrəli qərarının qüvvəyə mindiyi gündən X6 eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyinə görə sonuncu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, X4 inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahat verərək bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)- 250/2023 saylı icra sənədi üzrə olan borcundan ödəmələr etmiş, lakin hazırda işsizdir və maddi imkanı çox aşağıdır. Bu səbəbdən onun 6995 manat aliment borcu yaranmışdır. İmkanı yaxşılaşacağı tədirdə borcunu hissə-hissə ödəyəcəkdir. Həmçinin, onun barəsində xx.xx.2024-cü il tarixdə İXM-in 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, lakin məhkəmənin həmin tarixli qərarı ilə əməlində tərkib olmadığından işin icraatına xitam verilmişdir. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-250/2023 saylı icra sənədinə əsasən, 17 noyabr 2022-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu ildə anadan olmuş Aytac, xx.xx.2013-cü ildə anadan olmuş Aliyə və xx.xx.2017-ci ildə anadan olmuş Ayhan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X3 X1 xeyrinə hər ay bir uşaq üçün 130 manat, cəmi 390 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, X6 barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-674/2024 nömrəli qərarından görünür ki, X4 əməlində İXM-in 528.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X6 barəsində İXM-in 528.1-1-ci maddəsi ilə deyil, İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-250/2023 nömrəli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə xx.xx.2024-cü il tarixdə barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Araz Ağakişiyevin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Lakin icra məmuru şəxsin barəsində inzibati qaydada tədbir görülmədiyi halda İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Göründüyü kimi X6 İXM-nin 528.1-1-ci maddəsinin tələblərini deyil, İXM-nin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, X6 İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğundan barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, X4 əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1–ci maddəsindən həmin Məcəllənin 528.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, X4 törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, şəxsiyyətini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X4 əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1–ci maddəsindən həmin Məcəllənin 528.1-ci maddəsinə tövsif edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. X4 inzibati həbsə alınmanın əvvəli 06 mart 2025-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar