Məhkəmə qərarları › İş №3(062)-2/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-2/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-2/2023 26.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 nümayəndəsi X8 iştirakları ilə X6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 19 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 19 dekabr 2022-ci il tarixli MN ******* nömrəli irızibati tənbeh verilməsi haqqında qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. X3 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 19 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X10 şikayətini müdafiə edərək göstərdi ki, X15 Xidməti X5 19 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarına əsasən, o, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, o, Tovuz rayonu Alakol kəndində məişət xidməti obyekti təşkil etməsinə baxmayaraq, özü həmin obyektdə işçi kimi fəaliyyət göstərmişdir. O, X4 nə işə götürməmiş, nə də işəgötürən kimi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. Həmin kafenin sahibi onun arvadıdır. Ona görə də o cərimə edilməməlidir. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 19 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Tovuz Regional Ərazi Şöbəsinin nümayəndəsi X11 məhkəmə iclasında göstərdi ki, vəzifəli şəxs X10 (FİN:237D6F9) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 29 mart 2011-ci il tarixdə verilmiş (VÖEN:**********) əsasında sahibkarlıq fəaliyyətini həyata keçirərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müdqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildiriş əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X4 30 iyun 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək Tovuz rayonu Alakol kəndində yerləşən özünə məxsus olan kafedə gündəlik 15 manat məbləğində əməkhaqqı ödənilməklə ofisiant (xidmətçi) kimi “işlərin yerinə yetirilməsinə” cəlb edilmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən İşəgötürən tərəfindən fiziki şəxsi hər hansı. işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edərək inzibati xəta törətmişdir. Bundan sonra X10 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 19 dekabr 2022-ci - il tarixli qərarla 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 19 dekabr 2022-ci il tarixli MN ******* nömrəli qərarının qanuni hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və məhkəmə iclasında iştirak edən şəxsləri dinləyərək hesab edir ki, şikayət rədd edilməli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 19 dekabr 2022-ci il tarixli MN ******* nömrəli qərarı qanuni hesab edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən Tovuz Rayon Prokurorluğunun 03 dekabr 2022-ci il tarixli inzibati “xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarından görünür ki, X10 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və qərar tənbeh tədbirin tətbiq olunması məsələsinə baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X7 göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 19 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarına əsasən, X10 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə şikayətin dəlilləri ilə bağlı onu qeyd edir ki, Tovuz Rayon Prokurorluğunun 03 dekabr 2022-ci il tarixli xinzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarının məzmunundan görünür ki, X10 izahatında göstərmişdir ki, 2011-ci ildən hal-hazıra kimi 14 saylı Ərazi Vergilər İdarəsində fərdi sahibkar kimi qeydiyyata alınaraq yaşadığı Tovuz rayonu Alakol kəndində məişət xidməti obyekti təşkil etmişdir. Həmin obyektdə kafe və soyuducu-anbar fəaliyyət göstərməkdədir. X4 2022-ci ilin iyun ayının sonundan ona məxsus olan kafeyə ofisiant kimi, gündəlik 15 manat əmək-haqqı ödənilməklə işə qəbul etmiş və sonuncu 19 sentyabr 2022-ci il tarixə kimi həmin kafedə işləmişdir. Göründüyü kimi X10 həmin kafeni idarə etmiş, ona əmək haqqını da o özü vermişdir. X2 arvadının adına olmasına dair dəlillərini əsassız hesab edir. Belə ki, əmək müqaviləsini bağlamaq təşəbbüsünü irəli sürmək işçinin hüququ olsa da, işə götürənin vəzifəsidir. İşçi işə götürən kimi X9 tanımış, faktiki olaraq onunla əmək münasibətlərində olmuşdur. Odur ki, şikayət əsassız olduğundan təmin edilməməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 19 dekabr 2022-ci il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 129:1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1 və 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hesab. edir ki, şikayət təmin edilməməli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti QazaxX16 19 dekabr 2022-ci il tarixli MN ******* nömrəli qərarı qanuni hesab edilməlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 106, 109, 128137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 19 dekabr 2022-ci il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar