Məhkəmə qərarları › İş №3(062)-2/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-2/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-2/2024 07.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, İİ qrup əlil olan, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz Rayon Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Tovuz Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə Tovuz RPŞ-dən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmənin əvvəlki iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X1 izahatında bildirmişdir ki, Şəxs 03 may 2023-cü il tarixdə saat 20 radələrində dostu Zaur Əliyevin etibarnamə ilə idarə etdiyi “VAZ-2101” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və sürücülük hüququ olmadan idarə edib Tovuz şəhəri Əhməd Cavad küçəsindən Tovuz rayonu Xatınlı kəndi istiqamətinə gedən zaman M.F.Axundzadə küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən işıqforun yaşıl işığında sola dönmə siqnalını yandırıb Düz Cırdaxan kəndi istiqamətində dönərkən Bozalqanlı kəndi istiqamətindən gələn “VAZ-21154” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini görməmiş və nəticədə həmin nəqliyyat vasitəsinin qabaq sol tərəfindən idarə etdiyi avtomobilin sağ tərəfindən vurub maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisə vaxtı avtomobillərə maddi ziyan dəymişdir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 03 may 2023-cü il tarixdə saat 20 radələrində dostu Zaur Əliyevin etibarnamə ilə idarə etdiyi “VAZ-2101” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və sürücülük hüququ olmadan idarə edib Tovuz şəhəri Əhməd Cavad küçəsindən Tovuz rayonu Xatınlı kəndi istiqamətinə gedən zaman M.F.Axundzadə küçəsi ilə üzü H.Əliyev prospekti istiqamətində gedən zaman M.F.Axundzadə küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən işıqforun yaşıl işığında sola dönmə siqnalını yandırıb Düz Cırdaxan kəndi istiqamətində dönərkən Bozalqanlı kəndi istiqamətindən gələn “VAZ-21154” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini görməmiş və nəticədə həmin nəqliyyat vasitəsinin qabaq sol tərəfindən idarə etdiyi avtomobilin sağ tərəfindən vurub maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Lakin hadisə onun təqsiri səbəbindən olmamışdır. O, İİ qrup əlildir. Ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə 1030 manat maddi ziyan dəymişdir. 03 may 2023-cü il tarixdə saat 20 radələrində adına qeydiyyat şəhadətnaməsi ilə olan “VAZ- 21154” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edib Tovuz rayonu Bozalqanlı kəndindən yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndinə gedən zaman Tovuz şəhəri M.F.Axundzadə küçəsi ilə üzü H.Əliyev prospektinin kəsişməsində yerləşən işıqforun yaşıl işığında M.F.Axundzadə küçəsi istiqamətində hərəkət edən vaxt həmin küçədən gələn “VAZ-2101” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qarşısında sola dönərək idarə etdiyi avtomobilin qabaq sol tərəfindən vurub maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Odur ki, ona dəymiş ziyanın ödənilməsini və ziyan ödəniləcəyi təqdirdə yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan Şəxs barədə verilmiş Tibbi-Sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair vərəqədən görünür ki, Şəxs İİ qrup əlil olmaqla ona qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, ciddi qulluq və müalicə tələb edən davranış pozuntusu diaqnozu qoyulmuşdur. Məhkəmə iş materiallarını araşdırıb Şəxs barəsində məhkəmə psixiatrik ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 644 saylı rəyi ilə kliniki diaqnozun və hazırki psixi vəziyyətin dəqiqləşdirilməsi, qoyulmuş suallara cavab almaq məqsədi ilə Şəxs Stasionar Məhkəmə Psixiatrik Ekspertiza şöbəsinə göndərilməsini zəruri hesab etmişdir. Bundan sonra Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs barəsində təkrar məhkəmə psixiatrik ekspertizası təyin edilmişdir. Şəxs qəbz alınaraq “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ünvanında ekspertizadan keçirilməyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs barəsində məhkəmə psixiatrik ekspertizası təyin olunmuş, lakin sonuncu Mərkəzə təqdim olunmadığından iş üzrə qərardad icrasız geri qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hazırda özünü təqsirli bilərək, törətdiyi əməldən peşman olduğunu bildirdi. Əlavə olaraq izahatında göstərdi ki, o hadisəni xatırlayır. Sadəcə olaraq onda unutqanlıq vardır. Odur ki, barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda ona vurulmuş maddi ziyanın ödənilməsini və ödəniləcəyi təqdirdə Şəxs yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və məhkəmə iclasında iştirak edən şəxsləri dinləyərək hesab edir kİ, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati qaydada işinə baxılan Şəxs inzibati xətanı 03 may 2023-cü il tarixdə törətmiş və hazırda qeyd olunan tarixdən 1 ildən artıq müddət keçmişdir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.6-cı maddəsinin tələbinə görə, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53, 114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.2 və 332.4-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar