Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-20/2025 04.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, orta təhsilli, Tovuz rayonu Yanıqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 2(076)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 03 oktyabr 2016-cı ildə anandan olmuş Raman və 24 noyabr 2018-ci ildə anadan olmuş Cavidan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 175 manat alimentin Şəxs alınaraq X4 verilməsi qət edilməsinə baxmayaraq, Şəxs icra sənədi üzrə borcunu icra məmurunun müəyyən etdiyi müddətdə yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak edərək göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 111/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 03 oktyabr 2016-cı ildə anandan olmuş Raman və 24 noyabr 2018-ci ildə anadan olmuş Cavidan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 175 manat alimentin Şəxs alınaraq X4 verilməsi qət olunmuşdur. 07 yanvar 2025-ci il tarixdə Şəxs barəsində tarixdə protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Həmin vaxat borc 3050 manat təşkil etmişdir. Ona görə də onun barəsində inzbati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Hazırda 1900 manat ödəmə edərək qəbzi icra şöbəsinə təqdim etmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, yığılmış borcundan xəbərdardır. Borcu hazırda 1150 manat təşkilı edir. Borcundan tezliklə yenə də ödəmə edəcək. Sonuncu dəfə bu gün ödəmə etmişdir. Hər ay məhkəmə tərəfindən müəyyən edilmiş alimentdən artıq miqdarda ödəmə edərək borcunu da tamamilə bağlayacaq. Məhkəməyə söz verdiyi müddət ərzində pulu düzəltmədiyi üçün məhkəməyə gəlməmişdir. Bu gün pulu düzəltdiyi üçün özü könüllü şəkildə məhkəməyə gəlmişdir. Ödəmə edərək aliment borcunu tam bağlamağa hazırda maddi imkanı yoxdur. Lakin işlədiyi yerdən də yaxın müddət ərzində pul alaraq borcunu tamamilə bağlayacaq. İşləyə bilmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İşə əlavə olunmuş 17 yanvar 2025-ci il tarixli 3(062)-20/2025 saylı qərardadın surətindən görünür ki, Şəxs barəsində 07 yanvar 2025-ci il tarixdə inzibati qaydada protokol tərtib edilmiş, Şəxs 17 yanvar 2025-ci il tarixə kimi vaxt verilməsini xahiş etmişdir. Məhkəmə 17 yanvar 2025-ci il tarixə kimi Şəxs vaxt verməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. İşə baxılmasının təmin edilməsi üçün Şəxs barəsində məcburi qaydada məhkəməyə gətirilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. İşə əlavə olunmuş qəbzin surətindən görünür ki, Şəxs 04 fevral 2025-ci il tarixdə bank vasitəsilə 1900 manat X3 adına ödəmə etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati materiala əlavə olunmuş sənədlərlə də müəyyən olunur ki, Şəxs aliment borcundan hazırda əhəmiyyətli miqdarda yəni aylıq borcundan artıq miqdarda yəni 1900 manat bir dəfəyə ödəmə etmişdir. Nəticədə aliment borcu protokol üzrə hazırda 1100 manat təşkil edir. Şəxs ödəmə etməsi və yaxın müddət ərzində borcunu tamamilə ödəmək istəyi onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədinin üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müdddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-20/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-20/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver