Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-207/2025 10.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Tovuz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib olunmuş 10 mart 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokolda protokolu tərtib etmiş şəxsin atasının adı göstərilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolda İXM-nin 528.1-ci maddəsinin mahiyyəti düzgün şəkildə əks olunmamışdır. Yəni, hansı icra sənədinin icra edilməməsi, icra edilməmənin səbəbinin üzrlü və ya üzrsüz olması, icra üçün müəyyən edilmiş müddət, ödənilməli məbləğ göstərilməmişdir. Bundan başqa, protokolun müvafiq bölməsində inzibati xətanın törədilməsini təsdiq edən hallar göstərilməmiş, bunun əvəzinə məhkəmə və X1 Xidmət Mərkəzi aktlarının nömrələri qeyd edilmişdir. Bununla yanaşı, inzibati icraat zamanı iddiaçı zərərçəkmiş şəxs olmasına baxmayaraq inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxs barədə məlumatlar göstərilməmiş və həmin qrafa doldurulmamışdır. İnzibati Xətalar Məcəlləsinin: 100.1 Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 109.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; Beləliklə, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 10 mart 2025-ci il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Tovuz Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-207/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-207/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver