Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-210/2023 13.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz Rayon Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi “VAZ-2106” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Tovuz şəhəri M.Zeynalov küçəsində qardaşı Zərərçəkmiş şəxs məxsus “VAZ-21099” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşını qəsdlə vurmuş və bununla da zərərçəkmiş şəxsə az miqdarda, 1645 manat məbləğində ziyan vurmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Tovuz şəhəri M.Zeynalov küçəsi ev 1-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq və ərizə ilə Tovuz RPŞ-yə müraciət edrək, qardaşı Şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi “VAZ-2106” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Tovuz şəhəri M.Zeynalov küçəsində ona məxsus “VAZ-21099” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşını qəsdlə vuraraq maddi ziyan vurmuşdur. Həmin fakt əsasında Tovuz RPŞ-də araşdırma aparılmış, hadisənin Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin fakt əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTB-yə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs ilə plana düşmüş ata evindən öz payını ala bilmədiyindən tez-tez aralarında mübahisə olur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində qardaşı Hüseynin orada olduğunu bilərək evlərinin yanında olan “Sultanlı” kafesinə getmiş, əli ilə Hüseynin çiyninə yüngül toxunaraq belə yaşamaq istəmədiyini bildirmişdir. Daha sonra idarə etdiyi “VAZ-2106” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşib, evlərinin qarşısına gələrək evin qarşısında duran Hüseynə məxsus “VAZ-21099” markalı **- CT-*** dövlət qeydiyyat nişanlı avtomaşını qəsdlə vuraraq maddi ziyan vurmuşdur. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, onun özünə məxsus “VAZ-21099” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. Barəsində şikayət etdiyi Şəxs onun qardaşıdır. Qardaşı Zeynalabdin mütəmadi olaraq onu narahat edir, evində rahat yaşamağa qoymur. Atası rəhmətə gedəndən sonra o, qardaşı Zeynalabdinə Tovuz rayonu Aşağı Öysüzlü kəndində yeni ev tikdirmişdir. Lakin sonuncu onu yenə də narahat etməkdə davam etmişdir. Sonuncu dəfə Zeynalabdin xx.xx.2023-cü il tarixdə saat 22 radələrində onun yanına gələrək mübahisə etmiş, daha sonra idarə etdiyi “VAZ-2106” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşib, evlərinin qarşısına gələrək evin qarşısında duran ona məxsus “VAZ-21099” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşını qəsdlə vuraraq avtomaşına təxminən 2000 manata yaxın ziyanlıq yetirdiyi üçün, o da DİN-nin 102 xidmətinə zəng vurub şikayət etmişdir. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə uyğun olaraq tədbir görülməsi üçün qərarın sürəti Tovuz RPŞ-nin İTB-yə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 353 nömrəli arayışa əsasən Şəxs məxsus “VAZ-21099” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşına 1645 manat maddi ziyan dəymişdir. Tovuz RPŞ-si tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin izahatları, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislində, yəni 1645 (bir min altı yüz qırx beş) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tovuz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-210/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-210/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver