Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-213/2025 12.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X2 iştirakı ilə xx.xx.1998-ci il tarixdə Tovuz rayonu Qaradaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, öz deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən başlanmış icra işi üzrə 5200 (beş min iki yüz) manat borcunu ödəməmişdir. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X4 bildirmişdir ki, hazırda Tovuz Rayon Məhkəməsinin 2(062)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs heç bir ödəniş etməmiş və hazırda 5200 manat məbləğində ödənilməmiş borcu vardır. Şəxs həmin borcun ödənilməsindən yayındığından inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, hal-hazırda borcu ödəməyə maddi imkanı çatmır. Uşaqlarından imtina etmədiyini, övladlarını görmək istədiyini, lakin qarşı tərəfin icazə vermədiyini bildirdi. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)- 478/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən hər uşağa görə aylıq 100 manat, ümumi 200 manat manat pulun alınıb tələbkar X3 verilməsi qət olunmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-757-2024 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. İnzibati Xətalar Məcəlləsi Maddə 53.1.2. İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Maddə 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Maddə 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddə 528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmamamışdır. İş materiallarından göründüyü kimi, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 02 sentyabr 2024-cü il tarixli MN2084992 saylı protokol tərtib edilmiş, lakin onun əməlində inzibati xəta tərkibi aşkar edilmədiyinə görə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar mövcud olmamasına baxmayaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzbati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 12 mart 2025-ci il tarixli MN2089958 saylı protokol tərtib edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 528.1-1-ci maddəsinin dispozisiya şərtləri ödənmədiyindən Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(062)-213/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-213/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver